Bugün:
USD 61.7655    CNY 97.9783    EUR 75.7924    JPY 57.2592
Baku °C
Sitemizi değerlendirin
Son şərhlər
» » Britaniya DONDU - Hava və Dəmir yolları işləmir

Britaniya DONDU - Hava və Dəmir yolları işləmir

02 Mar 2018, 17:57, Admin
0 Şərhlər    1 627 Baxış

Böyük Britaniyada hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Londonla Brüssel və Paris şəhərləri arasında dəmir yolu rabitəsi kəsilib.

AzPublika.info-nun məlumatına görə, güclü külək və şaxta ölkədaxili reyslərin də dayandırılmasına səbəb olub.

London metropoliteninin bəzi stansiyaları bağlanıb.

Bundan başqa, ölkənin hava limanlarında da ağır vəziyyət davam edir. Şotlandiyada Edinburq və Qlazqo aeroportları ümumiyyətlə işləmir.

İngiltərədə isə Londonun Hitrou, Qatvik və Stensted, eləcə Mançester hava limanı çoxlu sayda uçuşların ləngidiyini və təxirə salındığı məlumat verilir.

Yüzlərlə avtomobil yollarda qalıb. Şaxtalı havanın davam etdiyi müddətdə 9 nəfərin həlak olduğu bildirilir.(Trend)
loading...
Şərhlər
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız