Bugün:
USD 61.7655    CNY 97.9783    EUR 75.7924    JPY 57.2592
Baku °C
Sitemizi değerlendirin
Son şərhlər
» » Yunanıstan hərbçiləri Türkiyə helikopterinə atəş açıb

Yunanıstan hərbçiləri Türkiyə helikopterinə atəş açıb

10 Nis 2018, 13:28, Admin
0 Şərhlər    626 Baxış

Yunanıstan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterə atəş açıb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.

Bildirilib ki, helikopter Kizilhisar adası sahillərinin qərbində yerləşən Ro adası (Kara ada) üzərindən uçurmuş. Bu zaman Yunanıstan hərbçiləri Türkiyə helikopterinə xəbərdarlıq atəşi açıb.

“Ekatimerini” qəzetinin yazdığına görə, Türkiyəyə məxsus bir helikopter Yunanıstanın nəzarəti altında olan Kara adası üzərindən alçaqdan uçub. Hadisəyə də bunun səbəb olduğu iddia edilib.

SKAİ televiziyası isə Türkiyə helikopterinə izlənən güllələrlə xəbərdarlıq atəşi açıldığını bildirib.

Türkiyə və Yunanıstanın müdafiə nazirlikləri hələlik insidentə münasibət bildirməyiblər.
loading...
Şərhlər
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız