Bugün:
USD 61.7655    CNY 97.9783    EUR 75.7924    JPY 57.2592
Baku °C
Sitemizi değerlendirin
Son şərhlər
» » Aydın Xırdalanlı yanğından necə xilas oldu? - AÇIQLAMA

Aydın Xırdalanlı yanğından necə xilas oldu? - AÇIQLAMA

02 Mar 2018, 17:46, Admin
0 Şərhlər    200 Baxış
Mən Respublika Narkoloji Mərkəzində müalicəmi bir həftə əvvəl başa vurmuşam və ordan ayrılmışam.

Bu sözləri Kult.az-a açıqlamasında tanınmış meyxanaçı Aydın Xırdalanla Mərkəzdə baş verən yanğından həmkarı Vasif Əzimovun toyunda iştirak etdiyi üçün xilas olduğu barədə yayılan məlumata aydınlıq gətirərkən deyib. O bildirib ki, həmkarının toyuna görə Mərkəzdən getdiyi və ora qayıtmadığı barədə xəbər həqiqəti əks etdirmir:

“Mən orda xeyli müddətdir müalicə olunurdum və ötən həftə müalicəmi tamamlayıb, Narkoloji Mərkəzdən evə buraxılmışam. Həm də mən yanan deyil, ikinci korpusda qalırdım. Yəni, yayılan məlumat həqiqəti əks etdirmir”.

A.Xırdalanlı ötən gün gəlinsiz toy edən həmkarı Vasif Əzimovun toyunda iştirak edib-etməməsi barədə isə danışmaq istəməyib.

***

Meyxanaçı Aydın Xırdalanlı Respublika Narkoloji Mərkəzindəki yanğından təsadüf nəticəsində sağ qalıb.

Baku.ws-in əldə etdiyi məlumata görə, meyxanaçı həmin mərkəzdə müalicə olunurdu.

Ötən gün həmkarı Vasif Əzimovun oğlan toyunda iştirak etmək üçün Narkoloji Mərkəzindən çıxan meyxanaçı daha sonra həmin yerə qayıtmayıb.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində səhər saatlarında yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 25 nəfər dünyasını dəyişib.
loading...
Şərhlər
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız