FED-in noyabr iclasının protokolu dolları bahalaşdırır » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » FED-in noyabr iclasının protokolu dolları bahalaşdırır

FED-in noyabr iclasının protokolu dolları bahalaşdırır

24 noy 2016, 12:10, Azad
0 Şərh    205 Baxılıb
Dollar əsas dünya valyutalarına qarşı bahalaşmaqdadır.Azpublika.info  "APA-Economics"-ə istinadən xəbər verir ki, Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) noyabr ayında keçirilən iclasının protokolunda növbəti toplantıda uçot dərəcəsinin artırılmasına dair ciddi mesajlar.
 
Bugünkü ticarət sessiyasının açılışında avronun məzənnəsi 1,0546 dollara enib. Halbuki, ötən gün Avrozonanın vahid valyutası 1,0553 dollar səviyyəsində ticarət olunub.
 
Ötən gün 112,52 dollar olan Yaponiya yeninin məzənnəsi 112,72 dollaradək möhkəmlənib. Yeri gəlmişkən, avro da yenə qarşı möhkəmlənməkdədir. Belə ki, Avrozonanın valyutası 118,74 yendən 118,84 yenədək bahalaşıb.
 
Noyabr iclasının protokolunda qeyd edilib ki, FED rəhbərliyi uçot dərəcəsinin artırılmasına dair aktiv müzakirələr aparıb və dolların "ən yaxın vaxtda bahalaşdırılmasını" məqbul hesab ediblər. FED-in iclaslarında səsvermə hüququna sahib olan şəxslər uçot dərəcəsinin dekabrda artırılmasını daha məqsədəuyğun sayır.
 
Bazar iştirakçıları hesab edir ki, yuxarıda qeyd olunanlar FED-in dekabr ayının 13-14-də keçiriləcək iclasında uçot dərəcəsinin artırılmasını qaçılmaz edir.
 

Treyderlər dekabr toplantısında uçot dərəcəsinin artırılması ehtimalını 100% səviyyəsində qiymətləndirir.

Azpublika.info-Facebook səhifəmizi bəyənərək hadisələrdən anlıq xəbər tutun.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə