“Retro”dakı qətllə bağlı məhkəmə qapalı keçirilib - İntim məlumatlara görə... » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » “Retro”dakı qətllə bağlı məhkəmə qapalı keçirilib - İntim məlumatlara görə...

“Retro”dakı qətllə bağlı məhkəmə qapalı keçirilib - İntim məlumatlara görə...

24 noy 2016, 16:50, Azad
0 Şərh    91 Baxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində istirahət mərkəzində sevgilisini öldürməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azpublika.info-nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə baxış iclası baş tutub. İclasda mərhum K.Zalovanın anası Fəridə Zalovanın hüquqi varis kimi anket məlumatları dəqiqləşdirilib. E.Əhmədovun vəkili vəsatət verərək cinayət işində intim münasibətlərə dair məlumatlar olduğu üçün prosesin qapalı keçirilməsini istəyib.

Məhkəmə kollegiyası vəsatəti təmin edib, prosesin qapalı keçiriləcəyi bildirilib.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Könül Zalova 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən bu ilin yanvarın 15-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzində qətlə yetirilib. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb.

K.Zalovanın uzun müddət münasibətdə olduğu E.Əhmədovun 200 min manat pulunu mənimsədiyini bildirilir. İddiaya görə, qətl də bu səbəbdən baş verib.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə