Günlük Bürclər : 25.11.2016 » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Günlük Bürclər : 25.11.2016

Günlük Bürclər : 25.11.2016

25 noy 2016, 00:00, Azad
0 Şərh    61 Baxılıb

Qoç -  problemlə qarşılaşacaqsınız. Mövqeyinizin sərt izharı dostlardan və ya yaxınlardan birinin xətrinə dəyə bilər. Fikir və istəklərin izharında ağır dövrdür. Naqolaylıqlar münasibətlərlə yanaşı, işdə də hiss olunacaq.


Buğa - maliyyə baxımından uğurlu gündür. Addım və qərarlarınızda qətiyyətli olun. İradəli olun, prioritetlərlə məqsədləri müəyyənləşdirin.


Əkizlər - gəlir şansları yaranır. Maliyyə vəsaitindən qənaətlə bəhrələnin, bədxərclik etməyin. Səhhətinizə fikir verin. Qəbul etməyə hazırlaşdığınız dərman preparatlarının istifadə müddətinə diqqət yetirin. Axşam saatları yağlı, "ağır" yemək yeməyin.


Xərçəng - yaxın ətrafınızda yeni simalar peyda olacaq. Baş verənləri anlamağa, dəyişikliklərə hazır olmağa çalışın. Yeniliklərin bəziləri əlverişli olmasa da, situasiyadan tam bəhrələnin.


Şir - məhsuldar dövrdür. İşlərdə və şəxsi həyatınızda keyfiyyətli dəyişikliklər başlaya bilər.


Qız - maliyyə itkiləri istisna deyil. Qüvvə və potensialınıza həddən ziyadə güvənərək düşünülməmiş addımlar atmayın. Eqoist və xudpəsənd açıqlamalar ümumi işin ziyanınadır.


Tərəzi - işgüzar aktivliyi artırın. Yaxşı tanımadığınız insanlarla əlaqələr qurun, onların imkanlarından bəhrələnməyə çalışın. Axşam saatlarında dostlarla birlikdə istirahət edin.


Əqrəb - məhsuldar və perspektivli gündür. Düşünülməmiş addımlar atmayın. Tələsik qərar və ya hövsələsiz davranış fəsadlara səbəb ola bilər. Aldığınız məlumatları təhlil etmədən atılan addımların nəticələri sonradan sizi təəssüfləndirə bilər.


Oxatan - yarımçıq işi tamamlayın. Yetərincə uğurlu, düşərli, əlverişli gündür. Maraqlarınız şəxsi həyat müstəvisində cəmləşməsin.


Oğlaq - Peşəkar fəaliyyət sahəsindəki proseslərdə ciddi dəyişikliklər istisna deyil. situasiya dəyişə bilər. Ailədəki problemin həlli ilə məşğul olun. Axşam saatları şəxsi münasibətlərdə harmoniya vəd edir.


Dolça - çətin, qarışıq, qarğaşalı gündür. Vurnuxmalar sizi çaşdırmasın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə hazır olun. Yalnız bu minvalla mənfi təmayüllərin öhdəsindən gələ bilərsiniz.


Balıqlar - hadisələrin inkişaf məcrasına təsir etməyin. Situasiyanı sürətlə dəyişmək cəhdləriniz uğursuzluğa düçar olacaq. Problemlər isə tam əksinə, daha da ağırlaşaraq ciddiləşəcək.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə