Almaniya Kanada və Braziliya Formula 1-dən imtina edir » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Almaniya Kanada və Braziliya Formula 1-dən imtina edir

Almaniya Kanada və Braziliya Formula 1-dən imtina edir

26 noy 2016, 20:07, Azad
0 Şərh    430 Baxılıb
Əbu-Dabidə 2017-ci ilin Formula-1 təqviminin yeni versiyası müzakirə olunub.

Azpublika.info xəbər verir ki, əvvəlki ildən fərqli olaraq, yeni təqvimdə Almaniya Qran-prisinə yer verilməyib. Yarışın təşkilatçıları Berni Ekklstoun ilə maliyyə məsələsində razılığa gələ bilməyiblər. Kanada və Braziliya yarışlarının taleyi hələ də sual altındadır.

Yeni təqvimdə Macarıstan Qran-prisi Almaniyadakı yarış üçün təyin olunmuş günlərdə – iyulun 28-30-da keçiriləcəyi əks olunub. Digər bir fərq isə Sinqapur və Malayziya yarışları ilə bağlıdır. Sentyabrda Sepanqdakı yarışın Sinqapur Qran-prisindən əvvəl keçiriləcəyi qeyd edilmişdisə də, bu dəfə onların yerləri dəyişdirilib. Cari mövsümdə olduğu kimi, Sinqapur yarışı əvvəl keçiriləcək.

Mövsümdən əvvəl testlərin tarixlərində dəyişiklik olmayacaq. Ilk testlər fevralın 27-dən martın 2-dək, ikinci testlər isə martın 7-10-da Barselonada keçiriləcək. Mövsümün gedişində daha dörd test olacaq. Lakin həmin test yürüşlərinin keçiriləcəyi yer barədə hələ razılıq əldə edilməyib.

Almaniya Qran-prisinin təqvimdən çıxması, Bakıda təşkil olunacaq yarış üçün müsbət haldır. Belə ki, Kanada Qran-prisindən sonra hər yarış bir həftə gec keçirilə bilər. Ona görə də Bakı şəhər halqasında növbəti yarışın daha rahat və Le-Man yürüşü ilə üst-üstə düşməməsi mümkün ola bilər.

AZPUBLİKA.İNFO
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə