“Molbulak” bankı pensiyaçıları necə aldadıb? - Təfərrüat » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » “Molbulak” bankı pensiyaçıları necə aldadıb? - Təfərrüat

“Molbulak” bankı pensiyaçıları necə aldadıb? - Təfərrüat

29 noy 2016, 11:31, Azad
0 Şərh    168 Baxılıb
2014-cü ildə üç nəfər qrup şəklində “Molbulak” Bank Olmayan Kredit Təşkilatının Göyçay filialından (BOKT) ikisi 1500, biri isə 2000 manat olmaqla 15 ay müddətinə qrup krediti götürüblər

Azpublika.info xəbər verir ki,bu barədə Politika.Az-ın əldə etdiyi məlumata görə,
 kredit götürənlərin hər üçü pensiya aldığından bankın Hüseyn adlı kredit mütəxəssisi onların pensiya kartlarını əlindən alıb.

Onlara deyib ki, hər ay onların ödənişini pensiya kartlarından çıxardaraq ödəyəcək. Beləcə iki nəfərin pensiya kartından ayda 129 manat, birinin pensiya kartından isə 175 manat olmaqla 12 ay pulu bankın kredit mütəxəssisi çıxardıb. 

Bir ildən sonra kredit götürənlər krediti bağlamaq istədikdə bankdan onlara bildirilir ki, ikinizin 600, birinizin isə 855 manat borcunuz var. Əgər ödəsəniz kreditinizi bağlaya bilərsiniz. 

Həmin şəxslər də bankın kredit mütəxəssisi olan Hüseyn adlı şəxsə qalan məbləği verib kreditlərini bağlayırlar. Hətta bunların ikisinə 600, birinə isə 855 manat pulu banka ödəmələri barədə kassa qəbzi də verilib. 

Politika.Az-a daxil olan məlumatda bildirilir ki, “Molbulak”dan üçü bir yerdə cəmisi 5000 manat götürən bu şəxslər 12 aydan sonra nə az, nə də çox (12 x 129 +600 manat= 2148 x 2= 4296 manat), (12 x 175 + 855 manat = 2955 manat) üçü bir yerdə 7251 manat pulu banka ödəyirlər. 

Üstündən bir il keçəndən sonra bank həmin bu üç nəfəri məhkəməyə verir ki, bunların banka daha 2380 manat borcu var və həmin borcun qaytarılması barədə məhkəmə qərarı çıxarılmalıdır. 

Bankın tələbindən narazı qalan borclular, məhkəmə mühasibatlıq ekspertizasından rəy alınması üçün məhkəməyə müraciət edirlər və məhkəmə işi rəy verilməsi üçün mühasibatlıq ekspertizasına göndərir. 

Ekspertin rəyi bankın kredit mütəxəssisinin və filialın o vaxtkı müdirinin saxtakarlıqlarını ortaya qoyur. Məlum olur ki, bunların ayrı-ayrılıqda üçünün pensiya kartlarından 433 manat pul çıxarılsa da, ödənişin üçüncü ayında banka kredit borcunun cəmisi 200 manatı, dördüncü ayında 50 manat, yeddinci ayında 1 manat 20 qəpiyi ödənilib. 

Beləliklə bu şəxslər banka 7251 manat ödəsələr də, ekpertin rəyindən məlum olur ki, bu üç nəfər bankdan 15 ay müddətinə, illik faiz dərəcəsi 39,74 faiz olmaqla 5000 manat kredit götürmüş, həmin kreditin 5334 manatını qaytarıb, 1312 manat borcları qalıb. 

Məhkəmə çəkişməsində bankın nümayəndəsindən tələb olunanda ki, kredit sizin kredit mütəxəssisinizə tamamilə ödənilib və onu məhkəməyə gətirin, cavab qısa və lokanik olub:

Biz o kredit mütəxəssisi qrupunu fırıldaqçılıqla məşğul olduqlarına görə işdən qovmuşuq. Belə olan halda cavabdehlər bu bank fırıldağı ilə bağlı Göyçay rayon prokurorluğuna şikayət hazırlamağa başlayıb.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə