Mənzil qiymətləri 2 qat ucuzlaşacaq-Bakıda » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Mənzil qiymətləri 2 qat ucuzlaşacaq-Bakıda

Mənzil qiymətləri 2 qat ucuzlaşacaq-Bakıda

31 okt 2016, 17:07, Azad
0 Şərh    2 638 Baxılıb
Azpublika.info Bakının bir neçə əmlak alqı-satqı məntəqələrində sorğu keçirib.Sorğuya əsasən bir çox maklerin evləri satmaqda çətinlik çəkdiyi aydınlaşıb.Bəziləri bunun sosial problemlərdən qaynadlandığını bildirsədə böyük qismi qiymətlərin yüksək olduğunu əsas gətirir.
Uzun illədir ev alqı satqısı ilə məşğul olan Əli adlı maklerin bildirdiyinə görə son zamanlar ev sahibləri aldığı evi dəyərindən ucuz satmaq istəsədə yenədə alıcı tapılmır.Bildirdiyinə görə vətəndaşların alıcılıq qabiliyyətinin olmadığı üçün 2 aydan çoxdur ev alqı satqısı həyata keçirdə bilməyib.Onun fikrincə ev qiymətləri yaxın vaxtlara kimi stabil qalacaq.

Başqa bir həmkarı İsa Rəhimli isə evlərin dahada ucuzlaşacağını bildirib.Onun fikrincə son devalvasiyalar,bank problemləri,bankların kredit verməməsi və s. baş verən olaylar daşınmaz əmlakına ciddi ziyan vurub;
"2 il əvvəl 75.000-ə satdığımız evi indi 50.000-ə sata bilmirik.20-30% azalma var.Dolların nisbətində isə 2-3 dəfə düşüb.Hələ ilin sonuna qədər yarıbayarı düşəcəyini istisna etmirəm"
Azpublika.info bildirirki yeni tikili olan amma qazı olmayan binalara yaxın duran yoxdur.
Baş çəkdiyimiz digər ofislər isə mənzil qiymətlərini tənzimləyən bir layihə hazırlanmasını istəyir.Onların fikrincə belə bir layihə mənzil qiymətlərini endirib,alıcılıq qabiliyyətinii artıracaq.
Əməkdaşlarımızın baş çəkdiyi şəhər ətrafı alqı satqı ofisləri ümüdlərini dövlət layihələri çərçivəsində köçürülən sakinlərə bağlayır.Mahir adlı makler xüsusilə kənd zonalarına Sovetskidən köçürülən vətəndaşların maraq göstərdiyini vurğulayıb.Onun fikrincə sovetski sakinlərinə verilən kompensasiya ilə mərkəzdə ev almaq müşkül olduğu üçün kənd zonalarına üz tuturlar.

Son günlər daşınmaz əmlak bazarında sabitlik olsada yaxın vaxtlarda evlərin qiymətinin dəfələrlə düşəcəyi bildirilir.Buna səbəb iqtisadi durum və daşınmaz əmlak bazarında neft qiyməti hesabına illərdir baha dəyərə satılan mənzillərdir.

Azpublika.info xarici ölkələrdəki mənzil qiymətləri ilə paytaxt Bakıdakı qiymətləri müqayisə edib.Bu barədə xəbəri iqtisadi ekspertlərlə apardığımız müsahibələrdə geniş verəcəyik.

Azpublika.info

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə