Tramp Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək? - “The American Thinker” » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Tramp Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək? - “The American Thinker”

Tramp Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək? - “The American Thinker”

29 noy 2016, 13:30, Azad
0 Şərh    270 Baxılıb
Amerikada çıxan "The American Thinker” qəzetində Los-Ancelesdəki Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq direktoru, siyasi icmalçı Ceyson Katsın "Tramp və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi” sərlövhəli məqaləsi dərc olunub.
AzərTAc bildirir ki, materialda Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağın işğal edilməsi və yeni seçilmiş prezident Donald Trampın administrasiyası dövründə bu münaqişənin həlli perspektivləri barədə söhbət açılır.

Müəllif yazır ki, seçki kampaniyaları dövründə ermənilərin Amerikadakı lobbi təşkilatları Respublikaçılar partiyasından namizəd Donald Trampın əleyhinə güclü kampaniya təşkil etmişdilər. Lakin Tramp seçkilərdə qalib gəldi və üstəlik, erməni lobbisinin dostları, ABŞ Konqresində erməni kokusunun keçmiş həmsədri senator Mark Kerk, konqresmen Bob Dold və Senatda yer tutmağa namizəd olan Co Hek də uduzdu. Hərçənd, erməni lobbiçiləri bu insanların xidmətlərinə çox ümid bəsləyirdilər.
C.Kats yazır ki, erməni lobbisi ilə bağlı olmayan, lakin Azərbaycan barədə müsbət fikirdə olan yeni seçilmiş prezident Tramp ABŞ-ın milli mənafelərini nəzərə alaraq, Azərbaycana praqmatik münasibət bəsləyə bilər. Bu, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və dinc yolla tənzimlənməsinə kömək edəcək.

AZPUBLİKA.İNFO
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə