“Tarif Şurasında bu gün-sabah həbsə getmələrini gözləyən adamlar var” » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » “Tarif Şurasında bu gün-sabah həbsə getmələrini gözləyən adamlar var”

“Tarif Şurasında bu gün-sabah həbsə getmələrini gözləyən adamlar var”

29 noy 2016, 18:10, AyGun Umid
0 Şərh    524 Baxılıb
"Hamı səbrli olmalıdır, prezident bunu belə qoymayacq"

“Tarif Şurasında bu gün-sabah həbsə getmələrini gözləyən adamlar var“.

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Partiya sədrinin sözlərinə görə, qurumda milyonlarla rüşvət almaqda şübhəli bilinən şəxslər təmsil olunur:

"Rabitə nazirinin müavini 2.5 milyon rüşvət almaqda şübhəli bilinir. Buna görə də o insanlar ölkədə narazılıq dalğası yaratmaq istəyirlər. Mən millətimə səbr arzu edirəm, biz hazırda böyük bir təxribatla üz-üzəyik. Hesab edirəm ki, prezident yaxın zamanlarda öz sözünü deyəcək. Biz neft-qaz ölkəsiyik, bizdə belə hadisələr olmamalıdır. Ölkədə istehsal sahələri çox pis vəziyyətdədir, aqrar sektor iflasa uğrayıb, insanların gəliri azalıb. Belə bir şəraitdə qiymətlərin bahalaşması doğru deyil. Ölkədə bəzi məsul şəxslər vicdansızlıq edərək qardaşım İlham Əliyev qarşı təxribat törədirlər. Onlar bunu etməyə də bilərdilər. Onların özlərində milyonlarla pul var. O, şəxslər yığdıqları rüşvətin bir hissəsini büdcəyə qoyub boşluğu kompensasiya edə bilərdilər. Amma onlar nədənsə bunu etmirlər. İstəyirlər ki, ölkədə xaos olsun. Biz bu kimi halların qarşısını almaq üçün bütün günü çalışırıq. Mənim gecəm-gündüzüm yoxdu. Gün ərzində 2-3 saat yuxu yatıram. Bax elə indinin özündə də 15 nəfər ziyalı ağsaqqal qərargahımıza gələrək ölkənin aqibəti barədə soruşur. Mən hamıya səbrli, təmkinli olmağı məsləhət bilirəm. Hamı səbrli olmalıdır, prezident bunu belə qoymayacq.  Hesab edirəm ki, yaxın günlərdə maaşlar qalxacaq. Şəxsən mən və mənim partiyam bütün təxribatlara baxmayaraq ölənə qədər prezidentimiz İlham Əliyevi müdafiə edəcəyik.”
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə