Hansı bürc necə öpüşür? - ANALİZ » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Hansı bürc necə öpüşür? - ANALİZ

Hansı bürc necə öpüşür? - ANALİZ

29 noy 2016, 21:40, AyGun Umid
0 Şərh    159 Baxılıb

Aile.lent.az qadın və kişi bölgüsü edərək bürclərin öpüşmə analizini təqdim edir.

 

Qoç

Kişi: Öpüşməkdən doymayan qoç kişiləri həmişə öpmək üçün ən seksual dodaqlı qızlar axtararlar.

Qadın: Cəsarətli və dəli dolu qoç qadını öpüşərkən ilk addımı özü atmaqdan çəkinməz. Öpüşməkdən böyük həzz alır.

Öpüşmək üçün ən yaxşı tərəf müqabilləri: Oxatan, əqrəb, şir

Risklilər: Oğlaq, xərçəng, buğa

 

Buğa

Kişi: Onun üçün öpüşmənin içdən olması fantaziyadan önəmlidir. Əgər həqiqətən sevirsə, onda buğa kişisi həqiqətən bir buğaya dönüşər.

Qadın: Buğa qadını öpüşmə məsələsində daha yaradıcıdır. Heç bir səbəb olmadan belə öpüşmək istəyərlər.

Öpüşmək üçün ən yaxşı tərəf müqabilləri:Tərəzi, xərçəng, qız

Risklilər: Qoç, oxatan, şir

 

Əkizlər

Kişi: Çox halda sakit öpər, sevgilisinin dodaqlarına çox yumşaq toxunar. Hətta öpdüyündə bir neçə gün qalacaq bir təsir qoyub gedər.

Qadın: Kişiləri dəli edəcək qədər öpüşürlər. Fərqli oyunlarla öpüşməyi, ehtiraslı davranmağı xoşlayarlar.

Öpüşmək üçün ən yaxşı tərəf müqabilləri: Balıq, buğa, qız, əqrəb

Risklilər: Dolça, əkizlər, oxatan

 

Xərçəng

Kişi: Hisslərini ən yaxşı halda öpərkən ifadə edər. Sevdiyi insanı dodaqlarının və dilinin alovu ilə bürüyər.

Qadın: Öpüşmə marafonu təşkil edilsəydi, mütləq birinci olardı. Onu öpərkən can sıxıntısından şikayətçi olmayacaqsız, çünki çox ehtiraslı öpüşərlər.

Öpüşmək üçün ən yaxşı tərəf müqabilləri: Balıq, buğa, qız, əqrəb

Risklilər: Dolça, əkizlər, oxatan

 

Şir

Kişi: Şir kişisi öpdüsə, tam öpər. Yəni dodaqlarındakı qadın həyəcandan bütünlüklə özünü ona təslim edənə qədər onu öpər.

Qadın: Şir qadın tərəfindən öpülən kişi zaman və məkanı unudar. Bir öpüş bu qədər mükəmməl və ehtiraslı ola bilər.

Öpüşmək üçün ən yaxşı tərəf müqabilləri: Dolça, oxatan, əqrəb, tərəzi

Risklilər:  Buğa, oğlaq, qız

 

Qız

Kişi: Əzmli və tutduğunu qoparan qız bürcü kişisi sevgilisinin nələrdən xoşlandığını tez kəşf edər. O zaman öpüşləri məlhəm kimi olar.

Qadın : Öpüşmə məsələsində kişi tərəfindən yönləndirilməyi xoşlayar. Onun üçün öpüşmək çox mühüm əhəmiyyət kəsb etdiyindən həyatındakı heç bir öpüşü unutmaz.

Öpüşmək üçün ən yaxşı tərəf müqabilləri: Oğlaq, buğa, balıq, xərçəng

Risklilər: Əqrəb, şir, tərəzi

 

Tərəzi

Kişi: Qadınları özünə çəkən bir cazibəyə sahibdir, eyni zamanda da möhtəşəm öpüşür. Həssas tərəzi kişisi öpüşərkən özünü tamamilə qadına təslim edər.

Qadın: Onun üçün sevişmək imtahandır. Çox seçicidir və hər kəsə qapını açmaz. Özünə yaraşan kişini tapana kimi çox kişiylə öpüşər.

Öpüşmək üçün ən yaxşı tərəf müqabilləri: Dolça, əkizlər, buğa, şir

Risklilər:  Əqrəb, oğlaq, qız

 

Əqrəb

Kişi: Əqrəb bürcü kişisi tərəfindən öpülmək  və özündən getməmək mümkün deyil. Sevgilisini qane etmək üçün heç nəyi əsirgəməz. Həddini də aşa bilər.

Qadın: Öpərkən bir az həyəcanlı, qərarsız, hətta çəkingən və utancaq da ola bilər. Bəzən də dodaqlarınıza vampir kimi yapışa bilər. Cazibəsinə heç bir kişi dayana bilməz.

Öpüşmək üçün ən yaxşı tərəf müqabilləri: Buğa, qoç, balıq, şir

Risklilər: Əkizlər, tərəzi, dolça

 

Oxatan

Kişi: Öpüşmə sənətini onun qədər yaxşı bilən yoxdur. Açıq və mehriban davranışları ilə qadının ürəyinə toxunar.

Qadın: Öpüşmə macərasının arxasınca qaçar. Xəyalındakı kişini tapdığında onu əyləndirməyi yaxşı bilir.

Öpüşmək üçün ən yaxşı tərəf müqabilləri: Dolça, tərəzi, əkizlər, şir

Risklilər: Qız, oğlaq, buğa

 

Oğlaq

Kişi: Dözümlü və hirsli olması ilə mükafatlandırır. Qadının hər istədiyini yerinə yetirmək üçün əlindən gələni edir.

Qadın: Bəzən bir az canı sıxılmış kimi davranar, ancaq bunu nəzarəti itirməmək üçün edir. Əgər kişiyə güvənsə, tam bir seks fırtınası yaşadar.

Öpüşmək üçün ən yaxşı tərəf müqabilləri: Buğa, balıq, xərçəng, qız

Risklilər: Qoç, oxatan, şir, əqrəb

 

Dolça

Kişi: Bütün sevişmə növlərini təcrübədən keçirər və ən yaxşı öpüşmə şəklini tapmağa çalışar. Ətrafında gördüyü və eşitdiklərindən təsirlənər və hər şeyi sınaqdan keçirməyə hazırdır. Dolça bürcü kişisi ilə öpüşsən, həyəcanını itirməzsən.

Qadın: Yaradıcı və öpüşmə mütəxəssisi kimi davranar. Sərhədsiz fantaziyalara sahibdir.

Öpüşmək üçün ən yaxşı tərəf müqabilləri: Əkizlər, oxatan, qoç, tərəzi

Risklilər: Qız, buğa, əqrəb

 

Balıqlar

Kişi: Onun üçün öpüş bir anddır. Əgər sevirsə, dodaqları romantizm saçır. Bu qədər duyğulu ola bilmək üçün öpdüyü insana sonsuz güvənməlidir.

Qadın: Xəyalındakı kişi olunca özünü tamamilə onun dodaqlarına buraxar. Balıqlar hisslərini dodaqları ilə ən yaxşı şəkildə ifadə edər.

Öpüşmək üçün ən yaxşı tərəf müqabilləri: Xərçəng, buğa, oğlaq, qız

Risklilər: Qoç, oxatan, əqrəb, dolça

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə