Yaşayış minimumu 14% artırılır » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Yaşayış minimumu 14% artırılır

Yaşayış minimumu 14% artırılır

01 dek 2016, 11:30, Azad
0 Şərh    16 Baxılıb

Gələn il üçün yaşayış minimumu 14% və ya 19 manat artırılır. "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

 

"2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir.

 

Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.

 

Qeyd edək ki,  bu il üçün yaşayış minimumu 136 manat təşkil edir.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə