Kişinin ağlını başından almaq istəyirsinizsə, onu... – QADINLAR OXUSUN » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Kişinin ağlını başından almaq istəyirsinizsə, onu... – QADINLAR OXUSUN

Kişinin ağlını başından almaq istəyirsinizsə, onu... – QADINLAR OXUSUN

02 dek 2016, 09:30, AyGun Umid
0 Şərh    63 Baxılıb

Seksuallıq bir çox qadına doğuşdan verilən bir xüsusiyyətdir. Lakin bəziləri seksuallığını necə istifadə edəcəyini bilmir. Bir kişinin ağlını başından almaq istəyirsinizsə, seksuallığınızdan istifadə edin. Aile.lent.az bunun üçün tətbiq edə biləcəyiniz bir neçə sadə ipucu ilə sizi xanımları tanış edir. İnanın, kişilər bunların qarşısında dayana bilmir.

 

Dodaqlarınızı yüngülcə dişləyin

 

Dodaqlarınızı yüngülcə dişlədikdə kişinin diqqətini dodaqlarınıza çəkərək ağlını başından alırsınız.

 

Hamar dəri

 

Hamar bir dəridən daha seksual nə ola bilər? Buna görə də lap qədim zamanlardan indiyədək qadınlar bədənlərindəki tükləri təmizləyirlər.

 

Boynu və qulaqları açıq saxlayan saç modelləri

 

Boyun və qulaqlarımızı ortaya çıxaran yığılmış saç modelləri qadında seksual bir imic yaradır.

 

Kişinin köynəyini geyinmək

 

Kişinin paltarını geyindikdə ona “səni bədənimdə istəyirəm” mesajı verirsiniz.

 

Özünəinam

 

Özünü seksual hiss edən qadın içəri girdikdə hər kəs dönüb baxar.

 

Çiyni açıq geyimlər

 

Aşağı endirilmiş çiyinlər zəriflik və seksual görünüş verir. Bununla yanaşı, kişilərdə qadını qucaqlama və qoruma instinkti yaradır.

 

Hündür daban ayaqqabı ilə düzgün yerimək

 

Qadın hündür daban ayaqqabıda gözəl və cazibədar görünmək istəyirsə, gözəl yeridiyindən əmin olmalıdır.

 

Seksual səs tonu

 

Merlin Monro kimi nəfəsli səs tonları kişiləri ovsunlayır. Məşhur ulduzun müasirləri Monronun səsinin kişilərə afrodizyak təsiri etdiyini deyirlər.

 

Fərqli üslub

 

Yaradıcı stilə malik və gözəgəlimli qadınlar kişilərdə onları yaxından tanıma istəyi oyadır.

 

Dolğun dodaqlar

 

Dolğun dodaqlar hər zaman qadın gözəlliyinin simvollarından biri olub. Lakin bilərəkdən dodaqları önə çıxarmaq cəhdi seksual görünmür.

 

Zəriflik 

 

Zəriflik qadına mükəmməl bir tarazlıq gətirir. Seksuallığınızı nə olduqca çox ortaya çıxarır, nə də gizlədir.

 

İdman lasinləri

 

Lasinlər qadın siluetini ortaya çıxardığı üçün kişilər tərəfindən cazibədar hesab edilir. Lakin idman salonu xaricində geyinildikdə bütün təbiiliyini və sehrini itirir.

 

Çillər

 

Uşaqlıqla əlaqələndirilən çillər qadınlara qadınsayağı bir görünüş verir.

 

Təbii makiyaj

 

İnanın, qat-qat tonal krem sürtüb, gözlərinizi makiyajla örtməklə seksual görünmürsünüz.

 

Eynək

 

Qatı və əlçatmaz bir imic yaradan eynək kişiləri maqnit kimi çəkir.

 

Ürəkdən gələn gülüş və təbəssüm

 

Kişilər duyğularını azad və açıqca ifadə edən qadınlar qarşısında dayana bilmirlər. 

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə