“"Qazsız, işıqsız boşalmaq olmur" şeirini yazan məhkəmədə cavab verəcək” » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » “"Qazsız, işıqsız boşalmaq olmur" şeirini yazan məhkəmədə cavab verəcək”

“"Qazsız, işıqsız boşalmaq olmur" şeirini yazan məhkəmədə cavab verəcək”

02 dek 2016, 01:25, Azad
0 Şərh    4 379 Baxılıb

Bu gün bəzi saytlarda, eləcə də sosial şəbəkələrdə əməkdar artist, bəstəkar-ifaçı Elza Seyidcahanın bahalaşmaya həsr etdiyi şeiri yayımlanıb.
Azpublika.info-nun xəbərinə görə, Moderator.az-a  açıqlama verən əməkdar artist belə bir şeir yazmadığını bildirib. Qeyd edib ki, o, nəinki indi, ümumiyyətlə heç vaxt belə mövzularda şeir yazmayıb və bu, ifaçıya qarşı törədilmiş təxribatdır, cinayətdir:

“Boşboğaz, paxıl, hər şeyi hazır görmək istəyən bəzi insanlara elə gəlir ki, uğur bizi özü gəlib tapıb. Yox, elə deyil, uğurumuz bir məbəd, bizlər də uğur məbədimizin memarıyıq. Elza Seyidcahanın da hamı kimi həyatda keşməkeşli, qayğılı, ehtiyaclı günləri olur. Həyatın gözəlliyi də elə budur. Ancaq o, həyatsevərdir, hər zaman xalqını, dövlətini sevə-sevə tərənnüm edir və hər zaman da belə olacaq. Ona görə də bəzi bədhaqlar, nanəcimlər həmişə çalışırlar ki, Elza Seyidcahanın mərd adına xələl gətirsinlər, ləkə vursunlar. Heyhat, bu, mümkün deyil. Elzanı namərdlər qova-qova daha da mərd elədilər. Şükür allaha!”

Əməkdar artist onu da vurğulayıb ki, E.Seyidcahanın adından şeirlər yazıb paylaşanlar qanun qarşısında cavab verməli olacaqlar:
“Mənim adımdan qazın qalxması ilə bağlı və s. səviyyəsiz, şər, böhtan dolu sözlər yazan cinayətkar, təxribatçı tezliklə məhkəmədə cavab verəcək, cəzasını alacaq. Hansı saytda bunlar yazılıbsa, kim paylaşıbsa hamısı artıq əldə edilib, aidiyyati şəxslərə təhvil verilib. İnsan nə qədər azğınlaşmalıdır ki, utanmadan başqasının adından yalan, şər, böhtan yazsın. Tezliklə onun hansı şaircik olduğu məlum olacaq. Bəllidir ki, paxıllıq, əclaflıq ona rahatlıq vermir və Elzanın təmiz adına ləkə gətirməyə çalışır. Onsuz da Elza Seyidcahanı tanıyanlar bilirlər ki, onun boşbağazlıqları Elzanın dəsti-xətti deyil.

Qanunumuzun keşiyində duran hüquq mühafizə orqanlarımız onu layiqli yerində otuzdurar”.  Moderator.az Elza Seyidcahan imzası ilə təqdim olunan həmin şeiri də təqdim edir.

Qış elə soyuqdur ki,
Qaz isitmir evimizi,
Qoz qabığı yandırıb
Qazlayırıq özümüzü
Günün soyuğunda
Qazsız qaz yolmaq olmur
Boşalmaq, dolmaq olmur
Qazdı, işıqdı
Bunlar evə yaraşıqdı
Qaz yaraşırdı evimizə
İşıqda yaraşırdı
Amma qaz çox yananda,
Qazpulu yığan çaşırdı
İşıqları söndürəndə
Hamının dili dolaşırdı
Qaz ha qaz, özümə quyu qazdım
Qazsız azdım,
İşıqsız azaldım…
Qaz bahadırsa ay insan
Odun sobası al
Ağac kəs, odun topla
Yalan danış, gopla
İşığı kəsəndə
Düş həyətə oyna topla
Topla ay adam işığını, qazını
Çoxunu azını
Ay kasıb adam,
Evi nəfəsinlə isit
Kəsməsinlər qazını.
Diferensiallaşma
Aşma
Çaşma
Bax mənim görüntümə, yaşıma
Diferensiallaşma!!!
Qaz, Diferensiallaşma!
Elektrik, Diferensiallaşma!
Oyyy, nələr gəldi başıma!
Qazzzzz
Qaz ha qazzzz!
Kəsilmə qaz,
Bahalaşma qazım mənim,
Üşüməsin quzum mənim!

Qeyd edək ki, bundan aylar öncə Roma Papasına yazılmış şeir də Elza Seyidcahana məxsus deyil.


loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə