Güclü külək Leriki işıqsız qoydu » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Güclü külək Leriki işıqsız qoydu

Güclü külək Leriki işıqsız qoydu

02 dek 2016, 22:32, AyGun Umid
0 Şərh    349 Baxılıb

Güclü külək Lerik rayonunun kəndlərini işıqsız qoyub.

Publika.az xəbər verir ki, günorta saatlarından başlayan, yağış və sulu qarla müşayiət olunan güclü külək axşama doğru daha da şiddətlənib və hazırda davam edir.

Nəticədə rayonun Dırığ ərazisi sayılan Şinqədulan xəttində 4 dayaq aşdığından bu istiqamətdə olan 40-dan çox kənd günorta saatlarından işıqsız qalıb. Gün ərzində ərazidə təmir-bərpa işləri aparılsa da, hələlik problem həllini tapmayıb.

Lerik Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov "Report"a bildirib ki, hazırda rayon mərkəzinə də elektrik enerjisinin verilişi dayandırılıb: "Bundan başqa, rayonun Zuvand ərazisindəki kəndlərdə də elektrik enerjisi kəsilib. İlkin məlumata görə, hazırda 50-dən çox kənddə işıq yoxdur. Digər fəsadlar barədə hələlik məlumat daxil olmayıb".

"Lerik Elektrik Şəbəkəsi"ndən isə təhlükəsizlik tədbirləri səbəbindən rayon ərazisində elektrik enerjisinin verilişinin dayandırıldığı vurğulanıb.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə