Səidlə Xədicənin toyu dünya tarixinin ən bahalı hədiyyəsi elan olundu » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Səidlə Xədicənin toyu dünya tarixinin ən bahalı hədiyyəsi elan olundu

Səidlə Xədicənin toyu dünya tarixinin ən bahalı hədiyyəsi elan olundu

03 dek 2016, 09:00, AyGun Umid
0 Şərh    57 Baxılıb
ABŞ-ın “Forbes” jurnalı dünya tarixinin ən bahalı 10 hədiyyəsini müəyyən edib.
 
Virtualaz.org xəbər verir ki, onların arasında Azərbaycanın qurudakı 16 neft yatağının sahibi, Rusiyanın “BİN” şirkətlər qrupunun prezidenti milyarder Mixail Qutseriyevin oğluna bu ilin martında etdiyi toy da yer alır.
 
“Forbes” bildirir ki, Qutseriyevin oğlu Səidlə gəlini Xədicənin toyuna 1 milyard dollara yaxın xərc çəkilib. Həmin toyun əvvəli Moskvada Telman İsmayılova məxsus “Safisa” şadlıq sarayında, sonrası isə Qutseriyevlərin London malikanəsində olub. Toya Cenifer Lopes, Beyonce və s. dünya estrada ulduzları dəvət olunub, onlara milyonlarla dollar qonorar ödənilib. Gəlin 25 kiloqram ağırlığında, üzəri brilyant daş-qaşlarla bəzədilmiş “Elie Saab” gəlinliyində olub.
 
 
 
Siyahıda məşhur oliqarx Roman Abramoviçin arvadı Darya Jukovaya bağışladığı sənət əsərləri də bütün zəmanələrin ən bahalı hədiyyələri arasında yer alır. Abramoiç arvadına Cakomettinin 14 milyon dollar qiyməti olan heykəlciyini, hərəsinin qiyməti 40-60 milyon dollar olmaqla Kabakovanın 40 rəsm əsərini,, Frensis Bekonun 86 milyon dollarlıq rəsm əsərini və Lyusyen Freydin 33 milyon dollarlıq tablosunu bağışlayıb.
 
 
 
Hindistandakı Maharac sinqlərin sonuncu imperatoru Dalip Sinqhin 1849-cu ildə Britaniya şahzadəsi Viktoriyaya bağışladığı nəhəng almaz da bütün zəmanələrin ən bahalı hədiyyələrindən biridir. Almaz daş çox ağır olduğundan şahzadə üç il sonra onu 105 karatlıq parlaq brilyanta çevirməli olmuşdu. Həmin daşın dəyəri 250 milyon dollardır.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə