Minlərlə aztəminatlı ailəyə zərbə: kirayə evlər də bahalaşır - Təcili » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Minlərlə aztəminatlı ailəyə zərbə: kirayə evlər də bahalaşır - Təcili

Minlərlə aztəminatlı ailəyə zərbə: kirayə evlər də bahalaşır - Təcili

03 dek 2016, 14:37, AyGun Umid
0 Şərh    69 Baxılıb
Bakıda kirayə evlərin qiyməti bahalaşır. İqtisadi böhran mənzil bazarına da ciddi şəkildə təsir edib
 
Politika.Az-ın əməkdaşı öyrənib ki, kirayə ev bazarında qiymət artımı qeydə alınmağa başlayır.
 
Evlərini kirayə verənlər qaz və işq pulunun qalxmasını əsas gətirərək kirayənişinlərə yeni tariflər təklif edir. Bakıda yüz minlərlə ailə kirayədə yaşayır və həmin insanlar aztəminatlılardır.
 
Onlar regionlardan paytaxta bir tikə çörək pulu qazanmaq üçün gəlirlər. Eyni zamanda kirayə evlərdə yaşayanların ikinci təbəqəsi tələbələrdir. Bu artım da onların valideynlərinin büdcəsinə mənfi təsir göstərəcək.
 
Müxbirimizin araşdırması zamanı məlum olub ki, bahalaşma paytaxtın Binəqədi, Yasamal, Nizami və Suraxanı rayon ərazilərində müşahidə edilir.
 
Rayonlardan Bakıya axışanlar daha çox bu massivlərdə evlər kirayələyir. Bundan sonra qiymətlərdə 30-50 manat civarında dəyişiklik olacağı deyilir
 
Onu da deyək ki, ölkədə iqtisadi problemlər əhalinin alıcılıq qabiliyyətini aşağı salıb. Bununla belə, qiymətlərin ucuzlaşması çox da uzun çəkməyib.
 
Bakıda satılan mənzillər boşdur, qiyməti isə artmaqda davam edir. Mənzillərin qiymətində yenidən artım müşahidə edilir. Bakının ilkin mənzil bazarında avqust ayı ilə müqayisədə sentyabr ayında dollar ekvivalentində qiymətlər 4.43 faiz bahalaşıb.
 
Bu artım daha çox psixoloji faktorla bağlıdır. Keçən il birinci və ikinci mənzil bazarında qiymətlər 50 faizə qədər azaldı. İndi həmin o itirilmiş mövqelər tədricən qaytarılır.
 
Daşınmaz əmlak bazarı yeni binalarda firmaların kvadratmetrə görə qiymətləri qaldırılıb. Qiymətlər öncə 70 faizə qədər bahalaşdırılır, sonra "50 faiz endirim kampaniyası” başlanır.
 
Bu tikinti firmalarının marketinq siyasəti olduqca zəif təşkil edilib. Qiymətlərin əsassız qaldırılması tikinti şirkətlərinə də, vətəndaşlara da zərbədir. Bunun nəticəsidir ki, hazırda Bakıda 2 mindən çox binada mənzillərin 30 faizi boşdur.
 
Politika.Az xəbər verir ki, neftin ucuzlaşması və manatın dəyərdən düşməsi ölkəni iqtisadi fəlakətin kandarına yaxınlaşdırıb. Bəlli olur ki, Mərkəzi Bank banklara dollar paylamır və süni ajiotaj yaradır.
 
Hərraca çıxarılan vəsaitlərin hara yönəldiyi müəmmalı olaraq qalır. Dolların hər gün kursunun dəyişməsi və qalxması ilə paralel olaraq bazarlarda qiymətlər də kəllə-çarxdadır.
 
Üstəgəl, Tarif Şurasının elektrik enerjisi və qazın qiymətinin qaldırılması ilə bağlı verdiyi qərar ölkə başçısının qeyri-neft sektoru, kənd təsərrüfatı sahəsisnin inkişafı ilə bağlı həayat keçridiyi siyasətlə uyğunluq təşkil etmir.
 
Tarif Şurasının çıxardığı qərar bahalaşmaya yönəlikdir və xalqın başının altına yastıq qoymaqdır. Neftin dünya bazarında ucuzlaşması milli valyutanı əldən saldı və indi bütün sahələrdə böhran, bahalaşma, işsizlik və ixtisarlar baş alıb gedir.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə