Əli Kərimli Cahangir Hacıyevdən pul alıb... » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Əli Kərimli Cahangir Hacıyevdən pul alıb...

Əli Kərimli Cahangir Hacıyevdən pul alıb...

04 dek 2016, 23:55, AyGun Umid
0 Şərh    104 Baxılıb

Əli Kərimli Cahangir Hacıyevdən pul alıb, onu siyasi məhbus adlandırmaq istəyir.

Bu fikirləri BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Ölkə.azsaytına açıqlamasında deyib. N.Orduxanlı bildirib ki, Əli Kərimli ilə Xədicə İsmayılın bu gün ölkədə siyasi məhbus alveri ilə məşğul olduğu hər kəsə bəllidir: “Əli Kərimli indi də Cahangir Hacıyevi siyasi məhbus adlandırmağa hazırlaşır".

N.Orduxanlının sözlərinə görə, artıq bu məsələ də Xədicə İsmayılla Əli Kərimli arasında ciddi şəkildə narazılıq yaradıb:

"Əvvəlcə hər ikisi özlərinin tərtib etdiyi və beynəlxalq təşkilatlara təqdim etdiyi “siyasi məhbus" siyahısında Nardaran qəsəbəsində həbs edilmiş və İran xüsusi xidmət orqanlarının ələ aldığı 60 nəfərə yaxın şəxsi siyasi məbus elan etdilər. Bu o demək idi ki, hər ikisi bu məsələdə kifayət qədər maddi gəlir əldə etmişdilər. Vəsaitin də haradan əldə edildiyi bəllidir. Çünki uzun illərdi özlərini qərbyönümlü və amerikapərəst adlandıran Əli Kərimli ilə Xədicə İsmayıl birdən-birə İran rejiminə qulluq edən və İran mollarının əlini öpməkdən qürur duyan Taleh Bağırzadə və ətrafında olan şəxsləri siyasi məhbus adlandırmazdı. Həmçinin onların adlarını beynəlxalq təşkilatlara təqdim etməzdilər. İndi isə Azərbaycan xalqının milyardlarını oğurlamış və məhkəmə vasitəsi ilə cinayəti sübut olunmuş Beynəlxalq Bankın keçmiş rəbəri Cahangir Hacıyevin ətrafında "siyasi məhbus oynu” oyanayırlar. Açıq şəkildə görünür ki, Əli Kərimli Oqtay Gülalayevi önə verməklə, Cahangir Hacıyevi özlərinin hazırladığı siyasi məhbus siyahısına əlavə etmək istəyir. Bununla bağlı Oqtay Gülalayev informasiya yayır ki, Cahangir Hacıyevin işini nəzarətə götürüblər və araşdırırlar.

Xədicə İsmayıl isə öz növbəsində bunun əleyhinə olduğunu göstərir. Görünür, bu məsələdə Xədicə İsmayılla hələ ki, razılığa gələ bilməyiblər. Ancaq bəllidir ki, artıq Əli Kərimli Cahangir Hacıyevlə razılaşıb və ondan kifayət qədər maliyyə qopara bilib. Hər kəsə bəllidir ki, Oqtay Gülalayev Əli Kərimlinin nəzarətindədir və o, birbaşa Əli Kərimlinin tapşırıqlarını yerinə yetirir.

Xatırlayırsınlzsa, Əli Kərimli, Cəmil Həsənli və Oqtay Gülalıyev ilk gündən siyasi məhbus siyahısını bir yerdə elan etdilər. Bunlar birgə iş qurublar. Bir yerdə qazanırlar. Əli Kərimlinin icazəsi olmadan Gülalıyev bir nəfərin belə adını çəkməz.

Bir daha qeyd etmək istəyirəm, Əli Kərimli üçün əsas prinsip pul qazanmaqdır. Onu yaxından tanıyan hər kəs bilir ki, Əli Kərimliyə pul verdinsə, bir müddət o şəxsi müdafiə edir. Pul verənin kim olması heç bir rol oyanmır. İnanın ki, Əli Kərimli şeytandan da pul alıb, onu müdafiə edər".

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə