"Ermənilər hiss edirlər ki, apreldə baş verənlər təkrarlansa..." » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » "Ermənilər hiss edirlər ki, apreldə baş verənlər təkrarlansa..."

"Ermənilər hiss edirlər ki, apreldə baş verənlər təkrarlansa..."

05 dek 2016, 08:32, Azad
0 Şərh    375 Baxılıb
"Ermənistan kimi dünyada ikinci bir ləyaqətsiz dövlət yoxdur"

"Ermənistan kimi bəlkə də  dünyada ikinci bir simasız, ləyaqətsiz  dövlət tapmaq çətindir. Bunlar hər addımlarında özlərini biabırçı bir durumda təqdim etməkdə davam edirlər. Bir ölkənin ki, iqtisadiyyatı, mədəniyyəti və ən əsası dövlət sərhədlərinin müdafiəsi başqa ölkə tərəfindən idarə oluna, o binəva ölkənin adı ancaq Ermənistan  ola bilərdi, necə ki var. Hamı bunu həm görür və onların halına acıyır.".

Azpublika.info-nun xəbərinə görə,bunu Moderator.az-a açıqlamasında hərbi ekspert Üzeir Cəfərov könüllü daşnak batalyonlarının Azərbaycan ordusuyla təmas xəttinə yerləşdiriləcəyi ilə bağlı yayılmış xəbərlərə münasibət bidlirərkən deyib.
Ü.Cəfərov qeyd edib ki, Ermənistan rəhbərliyi vəziyyətin gərginləşdiyi üçün belə bir addım atmağa məcbur olub: "İndi də, Ermənistan Müdafiə Nazirliyinin rəsmi razılığına əsasən könüllü daşnak batalyonlarının Azərbaycan ordusuyla təmas xəttində müəyyən olunmuş mövqelərdə yerləşdirilməsi ilə bağlı çox məzəli bir məlumat diqqətimizə təqdim edilib. Bunların azca abırları olsa idi, bu cür məlumatı ən azından açıqlamazdılar. Deməli, bunların Silahlı Qüvvələri görün nə bərbad durumdadır ki, bunlar aprelin əvvəllərində tez-tələsik ordan-burdan cəlb etdikləri saqqallılarını məcburiyyət qarşısında qalıb səngərlərə göndərirlər. Həqiqətən də, heç kim mənasız şəkildə özgə torpağlarında ölmək və ya şikəst olmaq istəmir. Şəxsi heyətin çatışmazlığı, İrəvan erməniləri ilə Qarabağ erməniləri arasında son vaxtlar daha da kəskinləşən münasibətlər, bu cür vəziyyətə gətirməli idi, necə ki gətirib. Həm qorxu hissləri, həm əsgər və zabitlərin ön xətlərdə çatışmaması, Ermənistanın cinayətkar rəhbərliyini belə addım atamağa məcbur edib".

Ekspert onu da vurğulayıb ki, vəziyyət hələ bundan da pis duruma düşəcək: "Hələ bu harasıdır. Vəziyyət get-gedə daha da qəlizləşəcək. Postlarda artıq heç kim durmaq istəmir. Onlar hiss edirlər ki, bu dəfə apreldə baş verənlər təkrarlansa, erməni əsgərinin cəsədi nədi, heç adicə külü də ələ gəlməyə bilər. Ona görə də “Daşnaksütyun” və ya digər siyasi və ictimai qurumlardan könüllüləri yığıb müəyyən maddi maraqlar müqabilində ön xəttə göndərməyə məcburdular".

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi razılığı əsasında “Daşnaksütyun” Partiyasının Azərbaycanın işğal altındakı torpaqlarında Milli Ordumuza qarşı döyüşmək üçün 400-500 nəfərlik yeni könüllü batalyonlar yaratmağa start verdiyi məlum olub. 
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə