Kişi kəndçi qadınla Facebookda tanış oldu, sevişdi və şantaj... -ŞOK OLAY » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Kişi kəndçi qadınla Facebookda tanış oldu, sevişdi və şantaj... -ŞOK OLAY

Kişi kəndçi qadınla Facebookda tanış oldu, sevişdi və şantaj... -ŞOK OLAY

06 dek 2016, 20:08, AyGun Umid
0 Şərh    288 Baxılıb
"2016-cı il ərzində 228 nəfər qadın bizim sığınacaqda məskunlaşıb. Onlar 18 və 45 yaş arasında xanımlar olub".
Bunu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.
O deyib ki, həmin qadınların 45 faizi fiziki zorakılığa məruz qalanlardır:
"Qalanları isə zorakılığın müxtəlif növlərindən əziyyət çəkənlərdir. Zorlanmış qadınlar adətən müddət keçəndən sonra bizə müraciət edir. Amma həmin vaxt onun dediyini sübut edərək, zorlayan şəxsi cinayət məsuliyyətinə cəlb etmək mümkün olmur. Çünki sübut lazımdır. Sübut olmayan yerdə kimisə həbs etdirmək qanunsuzluqdur".
M.Zeynalovanın sözlərinə görə, son vaxtlar sosial şəbəkələr üzərindən şantaj halları çoxalıb:
"Seksual təqib olanda bizə edilən müraciət əsasında biz də hüquq mühafizə orqanlarına müraciət edirik və lazımi tədbirlər görülür.
Son 3 ayda 3 nəfər xanım bizə müraciət edib. Onların müraciəti təxminən eyni mahiyyət daşıyırdı. Belə ki, sosial şəbəkə vasitəsilə bir kişi ilə tanış olan qadın 6 il müddətinə təqiblə yanaşı, seksual zorakılığa da məruz qalıb.
Qadınlardan biri 30-a yaşlarında ailəsindən ayrılmış biri olub. Facebook sosial şəbəkə vasitəsilə bir kişi ilə tanış olub. Onlar görüşməyə başlayıb. Kişi qadınla evləcəyinə inandırır. Bir müddət görüşdükdən, münasibətdə olduqdan sonra onun dediklərinin yalan olduğunu görən qadın kişidən ayrılmaq istəyib.
Amma kişi hər dəfə çəkilmiş şəkillər, videolarla onu şantaj edərək təqib və qorxu altında saxlayıb. Həmin "materiallar"ı sosial şəbəkələrdə yayacağını bildirib. Qadın çıxış yolu tapa bilməyəndə bizim sığınacağa gəldi. Biz ərazi üzrə polis idarəsinə müraciət etdik və məsələ həll olundu. Xanım rayondan gəlmişdi. Ailə üzvlərinin qorxusundan məsələni ictimailəşdirə də bilmirdi. Biz hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra həmin kişi cinayət məsuliyyətinə cəlb olundu".(modern.az)
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə