Xalq artistinin oğlu kömək istəyir: "Əməliyyata pul tapmırıq" » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Xalq artistinin oğlu kömək istəyir: "Əməliyyata pul tapmırıq"

Xalq artistinin oğlu kömək istəyir: "Əməliyyata pul tapmırıq"

07 dek 2016, 23:00, AyGun Umid
0 Şərh    477 Baxılıb

Azərbaycanın xalq artisti Eldəniz Zeynalovun aktyor oğlu Məmməd Zeynalovun vəziyyəti hələ də ağırdır.

Bu barədə Azvision.az xalq artistinin qızı Gülbəniz Zeynalova bildirib.

Onun sözlərinə görə, qardaşının əməliyyatı üçün lazım olan pulu tapa bilmirlər: “Qardaşım müalicəsini ev şəraitində davam etdirir. Vəziyyəti getdikcə pisləşir. Böyrəklərində olan problemə görə gün ərzində dəfələrlə təzyiqi qalxır. Hər saatını nəzarətdə saxlayırıq ki, indicə təzyiqi qalxacaq. Həkimlər deyir ki, təcili əməliyyat olunmalıdır. Maddi vəziyyətimiz yaxşı deyil. Əməliyyata lazım olan pulu tapa bilmirik. Bir neçə dövlət qurumuna müraciət etmişik. Hələ bir cavab yoxdur. Hamınız narahatdır. Bilmirik onun vəziyyəti necə olacaq”.

Xalq artistinin qızı imkanlı şəxslərdən qardaşının əməliyyatı üçün onlara maddi yardım etməyi xahiş edib.

Qeyd edək ki, Məmməd Zeynalov mərhum Xalq artisti Eldəniz Zeynalovun oğludur. Cəfər Cabbarlı adına İrəvan Dövlət Teatrının aktyoru olan M.Zeynalov insult keçirib.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə