Toz şəklində qan yaradıldı » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Toz şəklində qan yaradıldı

Toz şəklində qan yaradıldı

09 dek 2016, 11:00, AyGun Umid
0 Şərh    35 Baxılıb

Bir çox ölkələrdə alimlər uzun illər ərzində süni qanın yaradılması üzərində işləyir. Növbəti kəşf onları bu məqsədə daha da yaxınlaşdırıb.

Publika.az Medical Daily-yə istinadən xəbər verir ki, Vaşinqton Universiteti (ABŞ) alimləri toz şəklində qan yaradıblar. Steril su əlavə etməklə bu tozu saniyələr içində qana çevirmək mümkündür. Alınan süni qan 12 saat ərzində pasiyentin orqanizmində işləyə bilər.

Suni qan tozu görünüşə görə paprikaya oxşayır, asanlıqla istənilən yerə daşınır və hazırlandıqdan sonra 1 il ərzində istifadə oluna bilər. Süni qan təmizlənmiş hemoqlobinin əsasında hazırlanıb.

Süni qanın bəzi mənfi cəhətləri də var - insanın bütün qanını bu qanla əvəz etmək mümkün deyil, süni qan immun sisteminin fəaliyyətində iştirak etmək qabiliyyətinə malik deyil. Süni qan yalnız orqanizm boyu oksigeni daşımaq funksiyasını yerinə yetirir. Lakin bu da az deyil. İrimiqyaslı qəzalar, zəlzələlər, müharibələr və s. zamanı toz şəklində süni qanın istifadəsi yüzlərlə insanın həyatını xilas edə bilər.

Araşdırmalar davam edir.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə