ATƏT-dən Qarabağla bağlı birgə bəyanat » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » ATƏT-dən Qarabağla bağlı birgə bəyanat

ATƏT-dən Qarabağla bağlı birgə bəyanat

08 dek 2016, 23:37, AyGun Umid
0 Şərh    463 Baxılıb

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar.

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir:

“Biz - Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransa xarici işlər naziri Jan-Mark Eyro- Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə tam sadiq qalırıq”.

“Aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, biz davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, o cümlədən güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı bildiririk və güc tətbiqi və ya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik. Bu münaqişənin hərbi yolla həlli yoxdur və dinc əhalinin öldürülməsi və yaralanması yolverilməzdir. Biz aprel ayında döyüş meydanında törədilmiş vəhşiliklərdən xəbərdarıq və bunu şiddətlə pisləyirik. Biz tərəfləri, region xalqlarını barışığa aparan yeganə yol kimi, sülh yolu ilə həllə çağırırıq. Biz həmçinin münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasının əsasını təşkil edən 1994/95-ci il atəşkəs haqqında razılaşmaya sadiq qalmağa çağırırıq”.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə