AyMobi.Com saytının 1 yaşı tamam oldu » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » AyMobi.Com saytının 1 yaşı tamam oldu

AyMobi.Com saytının 1 yaşı tamam oldu

12 dek 2016, 15:36, Azad
0 Şərh    569 Baxılıb

Bu gün  AyMobi.Com xəbər portalı  ad gününü qeyd edir. 2015-ci il Dekabrın 12-si onlayn xəbər saytı kimi fəaliyyətə başlayan AyMobi.Com ötən 1 il müddətində özünəməxsus  imic formalaşdırmağı bacarıb.

AyMobi.Com-un baş redaktoru Şahlar Ağalarov bildirib ki, saytın fərqli təqdimatları, layihələri, Azərbaycanda baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşma tərzi,  oxucu auditoriyası tərəfindən daim müsbət qarşılanıb.

“Bu il ərzində çalışmışıq ki, təqdim etdiyimiz materiallarla oxucularımızı razı salaq, onların hörmətini qazanaq. Heç vaxt sensasiya və reytinq dalınca qaçmadıq. Bu 1 il ərzində oxuculara yalnış məlumat vermədik, sifarişli yazılar, milli maraqlara zidd olan materiallar dərc etmədik. Oxucu zövqünü korlayacaq ucuz əyləncə, bayağı şou yazılarından uzaq qaldıq. Bəzən bununla problemimiz olsa da, tutduğumuz yol ümumilikdə oxucularımız tərəfindən  yüksək dəyərləndirildi. Bu gün onun nəticəsidir ki, AyMobi.Com yalnız tanınan sayt kimi deyil, həm də inanılan və etibarlı KİV olaraq qəbul edilir.

Təbii ki, hər zaman oxucunun zövqünü oxşamaq da çətindir. O, səndən hər gün yeni xəbərlər, özəl materiallar, səs-küy doğuran yazılar, fərqli təqdimatlar tələb edir. Təəssüf ki, bir çox hallarda imkanlarla istəklər üst-üstə düşmür. Bu səbəbdən də nəzərdə tutduğumuz projelərin bəzilərini gerçəkləşdirə bilmirik”,-deyə baş redaktor əlavə edib.

Baş redaktorun sözlərinə görə, AyMobi.Com saytı həm də jurnalistikaya ilk dəfə başlayanlar üçün bir məktəb olub: “Biz də çalışacağıq ki, bu məktəbdən keçən gənc jurnalistlər dövlətçilik ənənələrinin qorunmasına töhfə versinlər.
Azpublika.info  kollektivi olaraq bizdə “AyMobi.Com”çuları ad günü münasibəti ilə təbrik edir, onlara möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayır!


Azpublika.info
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə