28 ədədinin Qurandakı sirləri... » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » 28 ədədinin Qurandakı sirləri...

28 ədədinin Qurandakı sirləri...

12 dek 2016, 17:29, AyGun Umid
0 Şərh    259 Baxılıb

“Allah Kainatı riyazi dillə yaratmışdır” (Qalileo Qaliley)

“Quran”ın 28-ci surəsi “Hekayət” adlanır. Bu da təsadüfü deyildir. Maraqlıdır ki, müqəddəs kitabda cəmi 28 (!) peyğəmbərin adı keçir və onların həyat hekayəsi (!) nəql olunur. 28 ədədi insanın anatomik quruluşunda da öz hikmətini göstərməkdədir. Belə ki, iki əlimizin barmaqlarındakı buğumları saysaq 28 buğum olduğunu görərik.

28 ədədi astronomiya elmində də özünü qabarıq büruzə verir. Belə ki, hələ astronomiya elmi yaranmamışdan çox-çox  əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən olunmuşdu ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6585 sutkanı) əhatə edir.  Sonradan astronomiya elmi yarandı və bu dövr "Saros dövrü" adlandırıldı.
Bir qayda olaraq hər "Saros dövrü”ndə 71 astronomik hadisə  baş verir ki, onlardan 28-i (!) Ay, 43-ü isə Günəş tutulması olur.Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən şərh olunmayıb (yəqin ona görə ki, indiyədək bu məsələyə “Quran” fonunda baxılmayıb).
Allahın elminin sirrini məhz Özünün göndərdiyi kitabla – “Quran”la açmaq mümkündür. Elmi-lədun araşdırmalarımız zamanı məlum oldu ki,   buradakı 71 astronomik hadisə Yerin dərya hissəsinə işarədir (həm Yerin, həm də insanın 71 %-i sudan ibarətdir). Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, “Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!) ki, bu da həm dəryalara, həm də  “Saros dövrü”ndəki 71 tutulmaya işarədir.
“Quran”ın 71-ci surəsi 28 ayədən ibarətdir ki, bu da “Saros dövrü”ndə olan 28 (!) Ay tutulmasının açarıdır.
Burada diqqət çəkən digər məqam ondan ibarətdir ki, 28 ədədi “Quran”da 71 (!) dəfə keçir (müəqəddəs kitabın cəmi yetmiş bir surəsində 28-ci ayə var; qalan surələrdə ayələrin sayı 28-dən azdır). Bu da “Quran”dakı  heyrətamiz dəqiqliyin və nizamın göstəricisidir.
“Nuh” surəsin sıra nömrəsindən (71) ayələrinin cəmini (28) çıxsaq, alınan 43 ədədi “Saros dövrü”ndə baş verən Günəş tutulmalarının sayını  göstərir və müqəddəs kitabın necə bir İlahi elmlə, dəqiqliklə düzüldüyünü bir daha nümayiş etdirir:
71 – 28  = 43 (!)
 Günəş tutulmalarının sayı olan 43 ədədi “Quran”da 54 dəfə keçir. Maraqlıdır ki, bu ədəd “Ay” (54) surəsinin sıra nömrəsidir.
Bütün bu faktlar həm müqəddəs kitabın, həm də onun bir qolu olan astronomiya elminin biri-biri ilə necə heyrətamiz dərəcədə bağlılığını göstərir.
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Məryəm” surəsi, 94.
Son 16 ildə Yerdə baş verən bütün kataklizmlərin  (zəlzələlər, daşqınlar, təyyarə və enerji qəzaları və s.) monitorinqi  sübut edir ki, baş verən bu cür hadisələr bir qayda olaraq riyazi yolla astronomik hadisələrə və “Quran”a bağlanır (monitorinqin nəticələrindən bəhs edən yazılarımı əvvəllər moderator.az saytında oxumusunuz).  Yeri gəlmişkən, diqqətinizi bir məqama da cəlb etmək istəyirəm: keçən il dekabrın 4-də Xəzər dənizində tufan (oxu: Nuhun tufanı) baş verdi və neft buruğunda insanlar həlak oldular. Həmin gün 27 sentyabr 2015-ci il tarixdə baş verən Ay tutulmasının 71-ci (!) günü idi ki, bu da diqqətimizi astronomik dövrdə baş verən 71 tutlmaya və “Nuh” surəsinə yönəldir.
Bütün bu hikmətləri dərk edərkən belə nəticəyə gəlirik ki, indiyədək baş verən Günəş və Ay tutulmaları əslində “Quran”da deyildiyi kimi bəşəriyyətə xəbərdarlıqdır:
"Həqiqətən, Biz Nuhu: "Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları qorxut!" - deyə öz tayfasına Peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) qorxudan bir Peyğəmbərəm". “Quran”, "Nuh" surəsi, 1-ci ayə.
Bununla Rəbbim bəşəriyyətin diqqətini bəşəri dəyərlər toplusu olan QURANA yönəldir. Çünkü, əsrimiz kainatın sonuncu əsridir və nəhayət sonda insanlar kamillik dövrünü yaşayıb, dünyanı dəyişməlidirlər. Odur ki, ağıl sahibləri baş verənlərdən düzgün nəticə çıxararaq, tövbə edib, doğru yolu tutmalıdırlar. "Allah Öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: "İnsanları əzabımla qorxudub bildirin: "Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!" “Quran”, 16:2
Paşa Yaqub,Yazıçı-psixoloq
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə