Günlük Bürclər : 15.12.2016 » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Günlük Bürclər : 15.12.2016

Günlük Bürclər : 15.12.2016

15 dek 2016, 08:17, Azad
0 Şərh    96 Baxılıb

Qoç - Qıcıqlanmağınıza və stress durumuna düşməyinizə heç bir səbəb yoxdur. Günün ikinci yarısında maliyyə məsələlərinin çözülməsində ehtiyatlı olun. Gərəyindən artıq pul xərcləməyin.


Buğa - Gəlirlər çox azdır. Köç və alış-veriş üçün əlverişli zaman deyil. İstənilən təklifi qəbul etməzdən əvvəl yaxşıca düşünüb-daşının. Təklifin mənfi və müsbət yönlərini dəyərləndirin.


Əkizlər - Mənfi təmayüllərin təsiri güclü olsa da, bədbinliyə qapılmayın, ruhdan düşməyin. Əvvəllər başladığınız işi mütləq başa vurun.


Xərçəng - Problemlərin istisnasız olaraq hamısının səbəbkarının özünüz olduğunu düşünməyin. Əhvalınızı yüksəltmək üçün mütləq şəkildə səbəb və vasitə tapın.


Şir - Nikbin olmalısınız ki, ağır işlərin öhdəsindən gələ biləsiniz. Tənha qaldığınızı düşünməyin, spontan və impulsiv addım atmayın. Yaşamınızda ciddi dəyişikliklərin ərəfəsidir. Hadisələrin axarını süni şəkildə dəyişməyə çalışmayın.


Qız - Müqavilə, anlaşma, yeni sifarişin qəbulu və ya layihə üçün əlverişli gün deyil. Küçədə ehtiyatlı olun. Qiymətli əşyanın itirilməsi, oğurluq ehtimalı var.


Tərəzi - Günün emosional fonu əlverişli deyil. Ən adi hadisələri bədbin məcrada görürsünüz.


Əqrəb - Yaxınlarınızla mübahisə etməyin, ailədə münaqişə yaratmayın. Yaxınlarınızdan tam anlayış gözləyir, amma özünüz yalnız fərdi mövqeyinizin absolyut həqiqət olduğunu düşünürsünüz.


Oxatan - Dövlət qurumlarının nümayəndələri ilə təmaslar, məmurlarla ünsiyyət məsləhət deyil. Axşam saatlarında normal istirahətə vaxt tapın.


Oğlaq -  Əntiqə gündür, narahatlıq, təlaş üçün heç bir ciddi səbəb yoxdur. Başqasının əhvalına həddən ziyadə həssas olmayın. Belədə energetik vampirin qurbanına çevrilməklə yanaşı, bədxahın əlində oyuncağa çevrilə bilərsiniz.


Dolça - Təmasları məhdudlaşdırın. Günün ikinci yarısında ev işlərini yada salın.


Balıqlar - Dəvət aldığınız yerə qatılın. Kiçik səfərlər pis olmaycaaq. Yolda xoş tanışlıq istsina deyil. Axşam saatları alış-veriş üçün münasibdir.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə