Eynşteynin qızına yazdığı məktub - "Bu kainatı idarə edən qüvvənin adı..." » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Eynşteynin qızına yazdığı məktub - "Bu kainatı idarə edən qüvvənin adı..."

Eynşteynin qızına yazdığı məktub - "Bu kainatı idarə edən qüvvənin adı..."

18 dek 2016, 12:11, AyGun Umid
0 Şərh    530 Baxılıb

Lieserl Einstein atasının sevimli qızı idi. Bunu dahinin 1980-ci ildə Hebrew Universitetinə bağışlanan 1400-dən artıq əlyazmasının arasından tapılan məktublardan da hiss etmək olur. Məktublardan birini xüsusilə qızına ünvanlamış dahi, təkcə elmdə deyil, həyati məsələlərdə də bir çox şeyi daha yaxşı anladığını bizə çox aydın şəkildə sübut etməyi bacarır.

Həmin məktubu sizə təqdim edirik. Oxuyun, düşünün:

“Nisbilik Nəzəriyyəsini ilk dəfə dilimə gətirdiyim zaman məni çox az insan başa düşdü və bəşəriyyətə çatdırmaq üçün indi deyəcəyim şeylər də dünyada fərqli və yəqin ki, səhv başa düşüləcək. Bu məktubları lazımi qədər qorumağını istəyirəm. İllər, onilliklər keçsə də, cəmiyyət bu açıqladıqlarımı qəbul etmək üçün kifayət qədər inkişaf edənə qədər qorumalısan.

Son dərəcədə güclü bir qüvvə var ki, elm indiyə qədər bu qüvvə üçün rəsmi açıqlama tapa bilməyib. Bu, bütün digərlərini də daxil edən və idarə edən qüvvədir, hətta kainatda işləyən bütün fenomenlərin arxasındadır. Biz isə hələ də onu tam dərk edə bilməmişik. Bu kainatın idarə edən qüvvənin adı SEVGİdir.

Alimlər kainatın birləşmiş nəzəriyyəsini axtardıqları zaman ən güclü qüvvə olan görünməyən qüvvə barəsində unutdular. Sevgi onu verən və qəbul edən insanı aydınlandıran işıqdır. Sevgi cazibə qüvvəsidir, çünki bəzi insanların digərlərinə doğru cəzb olunmasına nail olur. Sevgi gücdür, çünki sahib olduğumuz ən yaxşı şeyi çoxaldır və bəşəriyyətin öz cahilliyində yox olmamasında yol açır. Sevgi göz önünə sərilir və hər şeyi də göz önünə çıxarır. Sevgi üçün yaşayırıq və ölürük. Çünki elə sevginin özü tanrıdır, tanrının özü də sevgidir.

Bu qüvvə hər şeyi açıqlayır və həyata məna verir. Bu, bəlkə də sevgidən qorxduğumuz üçün çox vaxt görməzdən gəldiyimiz şeydir, çünki insanın istəyi ilə hərəkətə keçmədiyi kainatdakı yeganə enerji sevgidir. Sevgini görmək üçün, ən məşhur tənliyimə bəsit bir dəyişiklik etdim. Əgər E = mc2 əvəzinə dünyanı yaxşılaşdıran enerjinin işıq sürətinin kvadratına vurulan sevgi vasitəsilə əldə edilə biləcəyini fərz etsək, sevginin mövcud olan ən güclü qüvvə olduğu nəticəsinə gələrik. Çünki sevginin sərhədləri yoxdur. Bəşəriyyətin bizə qarşı dönən, kainatın digər güclərindən istifadə və nəzarət etməkdə olan uğursuzluqlarından sonra, özümüzü fərqli növdə olan enerjiylə qidalandırmağız təcili bir məsələdir.

Öz növümüzün sağ qalmağını istəyiriksə, həyatda hər hansı bir məna tapacağıqsa, dünyanı və dünyada yaşayan hər şüurlu varlığı xilas etməyi düşünürüksə, bunun üçün ehtiyacımız olan yeganə şey sevgidir. Bəlkə də planetimizi məhv edən nifrəti, eqoizm və acgözlüyü tamamilə yox edəcək qədər güclü bir alət – sevgi bombası hazırlamağa hələ də hazır deyilik. Amma hər kəs öz içində olan enerjisi ilə güclü bir enerji istehsalçısı potensialı daşıyır.

Əziz Lieserl, bu kainat enerjisini qəbul etməyi və verməyi öyrəndiyimiz zaman, sevginin hər şeyi fəth etdiyini, hər şeyin öhdəsindən gələ bildiyini təsdiqləmək məcburiyyətində qalacağıq. Çünki sevgi elə həyatın özüdür.

Sənin üçün bütün həyatın boyu qəlbimdə səssizcə çırpınan şeyləri ifadə edə bilmədiyim üçün dərindən peşmanlıq hissi keçirirəm. Bəlkə də üzr istmək üçün çox gecdir, amma yenə də səni nə qədər sevdiyimi deməliyəm. Bu yekun nəticəyə gəldiyim üçün də sənə təşəkkür edirəm.”

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə