Xəzərdə itən neftçinin tükürpədici son sözləri -​"Məni niyə axtarmısınız?" » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Xəzərdə itən neftçinin tükürpədici son sözləri -​"Məni niyə axtarmısınız?"

Xəzərdə itən neftçinin tükürpədici son sözləri -​"Məni niyə axtarmısınız?"

18 dek 2016, 23:44, AyGun Umid
0 Şərh    164 Baxılıb
Zülfüqarovlar ailəsindən çıxıb Əsədovlar ailəsinə gəlirik. Evin qarşısına toplaşanların sayı çoxdur. Hamının qulağı telefondadır. Dənizdə itkin düşmüş Samir barədə xəbər gözləyirlər. Samirin 76 yaşlı atası danışa bilmir. Əlləri əsir, səsi titrəyir. Ata oğul dərdi çəkir... Samir Əsədovun qardaşı Cəfər Əsədovla danışırıq. Cəfər bildirir ki, dünən saat 10:00 radələrində faciə barədə xəbər tutduq. İş yoldaşları zəng edib, xəbər verdi ki, Samirgil qəza nəticəsində dənizə düşüb. Cəfər dedi ki, Samir özünə qapalı oğlan idi. İşdə olanlarla bağlı heç nə danışmırdı. Başına bir iş gəlsə də, bu barədə danışmazdı. Samir Əsədov ailəli olub. 3 övladı var. Kiçik övladının 4 yaşı var, böyük qızı 6-cı, ortancıl qızı isə 4-cü sinifdə oxuyur. Rəsmilər hələ də dənizdə itkin düşənlərin ailəsi ilə maraqlanmır. Rəsmilərin gəlib-gəlməməsi ilə bağlı sualımıza cavab olaraq Cəfər heç kimin gəlmədiyini və maraqlanmadığını bildirdi. Yalnız yerli qəsəbə nümayəndəsi dənizdə itkin düşənlərin ailələrinə baş çəkib. Samirgilin həyətində olarkən bildirdilər ki, cəsədlər tapıldıqdan sonra SOCAR rəhbərliyi yas xərclərini öz üzərinə götürəcək. Mərhumların həyətlərində mağar qurduracaqlar. Cəfər dedi ki, indi məlumat gəldi ki, dənizə düşən konteyner tapılıb. Konteynerin içində 5 nəfər adam var. Çalışırlar o konteyneri çıxarsınlar. Bilmirəm, qardaşım o konteynerin içindədir, yoxsa yox. Cəfər kövrəlir. Susur... Cəfər deyir ki, dənizdə itkin düşən digər qəsəbə sakini Güloğlan Zülfüqarovla ailəvi dost idilər. İkisi də getdi. Ailələri başsız, uşaqları atasız qaldı. Getdilər... Cəfər, "Ümid edirəm ki, dövlətimiz bu ailələrə kömək edər. Samirin 3 övladı var. Balaca bir evi var idi. O ev də tam hazır deyil. Yarımtikili idi. Dövlətimiz yəqin ki, kömək əlini bu ailələrə uzadar", deyir. Cəfər yenə susur. Fikrə gedir, gözləri dolur. Sonra qəmli-qəmli deyir: "Dənizə getməmişdən əvvəl gecə bizə gəldi. Oturduq, çoxlu söhbət etdik. Yemək yedik. Sağollaşdıq. Elə sağollaşdı ki, elə bil əlvida deyirdi. O an adam heç nə başa düşmür. İndi düşünürəm, mənə elə gəlir ki, sanki onun ürəyinə dammışdı". Cəfər bu sözləri deyərək ağlayır. Gözlərini silə-silə dedi: "Samir mənə dedi, qardaş, sabah işə gedirəm". Sağollaşıb, evinə getdi. Cəfərin sözlərinə görə, hadisə baş verən gün mərhum neftçi ailəsi ilə danışıb. Həyat yoldaşı zəng edib. Ancaq Samir telefona cavab verməyib. Sonra zəng edib yoldaşına deyib ki, məni niyə axtarmısınız? Mən özüm zəng edəcəm, mənə zəng etməyin. Bundan sonra Samir dediyi kimi də olacaq, ona heç kim zəng edə bilməyəcək. Heç o da zəng edə bilməyəcək. İstədiyi vaxt yuxulara gələcək...(turaninfo)
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə