Avropa sərhədlərində müharibə başladı VİDEO » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Avropa sərhədlərində müharibə başladı VİDEO

Avropa sərhədlərində müharibə başladı VİDEO

19 dek 2016, 14:14, Azad
0 Şərh    549 Baxılıb

Ukrayna ordusu eyni vaxtda bir neçə istiqamətdən separatçı "Luqansk Xalq Respublikası”nın ("LXR”) qüvvələrinə hücum edib.

Azpublika.info-nun xəbərinə görə,bu barədə Publika.az "RİA-Novosti” agentliyinə istinadən məlumat əldə edib. Məlumatı "LXR”in "xalq milisi”nin mətbuat xidməti təsdiqləyib.

"Saat 11:00-a olan məlumata görə, vəziyyət gərgin olaraq qalır. Debaltsevo istiqamətindən rəqibin hücum cəhdləri dayanmır”, - xəbərdə deyilir.
Daha əvvəl bildirilib ki, Kalinovka kəndi ərazidə Ukrayna hərbçilərinin hücum cəhdinin qarşısı alınıb. Separatçı tərəfinin məlumatına görə, Ukrayna tərəfindən on hərbçi ölüb, 20-si yaralanıb.

Ukrayna Ali Radasının deputatı Andrey Lazovoy dünən Svetlodarsk rayonu ərazisində gedən döyüşün görüntülərini paylaşıb. O,iddia edir ki, döyüşün kadrları Ukrayna hərbçilərindən biri tərəfindən çəkilib.

Məlumata görə, Ukrayna hərbçiləri Svetlodarskda gedən döyüşlərdən sonra yeni strateji mövqeləri tutub. Anti-terror əməliyyatları qərargahından bildirilib ki, Ukrayna hərbçiləri rəqibi hücum cəhdinin qarşısını alaraq əks-hücuma keçiblər. Separatçıların hərbi əmlak və Rusiya istehsalı olan texnikanı döyüş meydanında qoyaraq qaçdığı deyilir.

Svetlodarskda döyüşçülərdə Ukraynanın 5 hərbçisi həlak olub, 6-sı yaralanıb.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə