Ölkə məmurları yeni qazanc yolu "kəşf etdilər"-Dekoder biznesi » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Ölkə məmurları yeni qazanc yolu "kəşf etdilər"-Dekoder biznesi

Ölkə məmurları yeni qazanc yolu "kəşf etdilər"-Dekoder biznesi

05 noy 2016, 19:17, Azad
0 Şərh    1 272 Baxılıb
Ölkədə məmurlar üçün yeni qazanc fürsəti yaranıb.

Azpublika.info Politika.Az-a istinadən məlumat verir ki, analoqsuz yayımın ləğvi dekoder satışı bazarında canlanma yaradıb.

“Azərpoçt”la məmurlar dekoder bazarında əlbir olub. Tərəflər bir-birinə qazanc üçün imkan yaradıb. Şikayətçi Rahim Əliyev qeyd edib ki, dekoder satışını 22 manat yazıb yapışdırıblar poçt idarələrinin qapılarına:

“Amma gedirsən yoxdur. Çox sadə qazanc üsülü tapıblar. Hər gün poçtda 5-10 ədəd satıb bitdi deyirlər. Amma əlaltdan Sədərək və 8-ci km bazarlarında 35 azndan almaq olur. Əgər bunun satışı poçt idarələrində mümkündürsə o zaman bazarlara necə gedib çıxır? Hər bir problemdə bir qazanc yolu tapa bilirik. Edilən zənglərə, yazılan emaillərə də heç bir cavab yoxdur”.

Politika.Az-ın başqa bir məlumatında bildirilir ki, “Azərpoçt” MMC rəhbəri Sübhan Kazımov və rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Vosmoy” bazarında dekoder biznesi açıb.

Onların bu işlərinə şərik olan monopolist məmurlar da var. Göründüyü kimi, nazir və poçt rəhbəri dekoderdən də qazanc çıxarmağın yolunu tapıb. Bu da qanunsuzluqdur.

Artık Bakı və Abşeron yarımadasında analoq yayım dayandırılaraq rəqəmsal yayıma keçilib. Əksəriyyət bu keçidi hiss etməsə də, bəzi sakinlər televizora baxa bilmir.

Köhnə model televizorlardan istifadə edənlər mütləq dekoder almalıdırlar. Bakıda yerləşən bir neçə elektronika malları satılan obyeklərdə apardığımız müşahidə zamanı məlum oldu ki, dekoderlərə tələbat artıb.

Qeyd edək ki, 2010-cu ildən etibarən istehsal olunan bütün müasir plazma və LCD televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir. Bundan başqa, kabel televiziyası və ATV+ istifadəçiləri də rəqəmli yayımı dekodersiz də izləyə bilir.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə