Çavuşoğlu Ştaynmayerin zənglərinə cavab vermir » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Çavuşoğlu Ştaynmayerin zənglərinə cavab vermir

Çavuşoğlu Ştaynmayerin zənglərinə cavab vermir

05 noy 2016, 20:28, Azad
0 Şərh    545 Baxılıb
Almaniya-Türkiyə arasında yaranan siyasi gərginlik davam edir.

Azpublika.info Axar.az-a istinadən xəbər verir ki, “Cümhuriyyət” qəzetində jurnalistlərin və Səlahəddin Dəmirdaş başda olmaqla 10 HDP-çi deputatın həbsi iki ölkə arasında münasibətləri daha da kəskinləşdirib.

HDP-də aparılan əməliyyatlardan sonra Türkiyənin Almaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili Üfüq Gəzər bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub. Diplomatı qəbul edən Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer Türkiyədə baş verən həbslərlə bağlı məlumat alıb.

Daha sonra Ştaynmayer türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi yaratmaq istəyib.

Hürriyət-in məlumatına görə, Almaniya tərəfi bunun üçün iki dəfə cəhd edib. Cəhdlərin hər ikisində Ştaynmayer telefonda gözləsə də, Türkiyə tərəfi telefon danışığının baş tutmayacağını bildirib.

Bundan əlavə, Almaniyanın baş diplomatı bir müddətdir Türkiyəyə səfər etmək istəyir. Lakin rəsmi Ankara bu vaxta qədər nazirin səfəri ilə bağlı vaxt təyin etməyib. Hətta Ştaynmayer bir neçə həftə öncə görüş üçün tarix təklif edib. Türkiyə XİN-i isə “Bizə uyğun deyil” cavabını verib.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə