Millət vəkili : "Azərbaycan dollardan imtina edə bilməz” » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Millət vəkili : "Azərbaycan dollardan imtina edə bilməz”

Millət vəkili : "Azərbaycan dollardan imtina edə bilməz”

21 dek 2016, 14:59, Azad
0 Şərh    339 Baxılıb

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfenkcinin hər iki ölkə arasında ticarət əlaqələrinin milli valyuta ilə aparılması təklinə münasibət bildirərkən deyib.

O, türkiyəli nazirin təklifini həyata keçirməyin mümkünsüz olduğunu bildirib: "Son vaxtlar belə açıqlamalar çox gedir. Xüsusilə Rusiya ilə Türkiyə arasında münasibətlər yaxşılaşandan sonra bu məsələ gündəmə gətirilib. Türkiyə əvvəlcə Rusiyaya belə bir təklif etdi. İndi də bizə təklif edirlər.

Bütün beynəlxalq hesablaşmalar dollar, qızıl, funt sterlinq və s önəmli valyutalarla aparılır. Hazırda hər şey dollarla aparıldığı üçün bu, o qədərdə asan məsələ deyil. Bu sistemə keçmək üçün 10 illərlə vaxt lazımdır. Birdən birə bunu eləmək olmaz. Çünki çox çətin prosesdir”.

Deputat qeyd edib ki, bu həm də bu siyasi məsələdir: "Əvvəllər dövlətlər müqavilə bağlayırdı. Məsələn, müəyyən malları biz Rusiyaya, onlar da bizə ixrac edirdi. Onu dollara çevirib hesablayırdıq. Yəni müqavilədə mal dövriyyəsi manatla və ya rubl ilə aparılırdı. Amma müqavilə bağlanan zaman kimin nə qədər mal verməsi göstərilirdi. Buna "Kreml əməliyyatı” deyirdik. Elə əməliyyat aparmaq olar. Amma dolları kənara qoyub manat və lirədən istifadə etmək mümkün deyil”.

Qeyd edək ki, Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfenkci Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı ticarəti hesablamalarda dollardan imtina edərək Azərbaycan manatı və türk lirəsindən istifadə edilməsi ilə bağlı təklif səsləndirib.(bakıpost)
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə