Dünya futbolunda yeni qayda tətbiq ediləcək » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Dünya futbolunda yeni qayda tətbiq ediləcək

Dünya futbolunda yeni qayda tətbiq ediləcək

27 dek 2016, 00:42, Aysel İbrahimli
0 Şərh    1 724 Baxılıb

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) futbolda yeni qaydanın tətbiq oluna biləcəyini açıqlayıb.


Azpublika.info Sputnik-a istinadən xəbər verir ki, bu barədə qurumun texniki işlər üzrə katibi, əfsanəvi futbolçu Marko Van Basten məlumat verib.

 

O deyib ki, yeni veriləcək qərara əsasən, oyun ərzində hakimdən narazılıq olarsa, komanda oyunçularından, sadəcə birinə icazə veriləcək ki, hakimə etirazını bildirsin: "Biz çox vaxt görürük ki, hakimdən narazılıq olan zaman komandadakı 11 oyunçudan demək olar ki, hamısı hakimin üzərinə şığıyır. Nəticədə xoşagəlməz görüntülər üzə çıxır".

 

"Bu hərəkətlərə görə çox vaxt hakimlər də bir neçə futbolçunu qırmızı və ya sarı vərəqlə cəzalandırırlar. Bunlar hamısı qanunlardakı boşluqdan qaynaqlanırdı. İndi isə biz hazırlaşırıq ki, elə bir qayda tətbiq edək ki, narazılıq olan zaman klubun ancaq kapitanı hakimə yaxınlaşıb etirazını bildirsin. Yenə deyirəm, ancaq kapitanlar" — deyən Bastenin sözlərinə görə, oxşar qayda Reqbi idman növündə də mövcuddur.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə