"Bankların reklamlarına aldanmayın" Ekspertdən açıqlama » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » "Bankların reklamlarına aldanmayın" Ekspertdən açıqlama

"Bankların reklamlarına aldanmayın" Ekspertdən açıqlama

07 noy 2016, 14:25, Azad
0 Şərh    905 Baxılıb
Azpublika.info xəbər verir ki, banklar üzrə mütəxəssis Əkrəm Həsənov sosial şəbəkədə olan səhifəsində Azərbaycan banklarındakı vəziyyət barədə yazı dərc edib.Ekspert rüblük hesabatlarını bildirməyən banklar haqqında geniş məlumat paylaşıb.

Azpublika.info həmin yazını təqdim edir :

BANKLARIN VƏZİYYƏTİ NECƏDİR? (2016-cı ilin III rübü üzrə hesabatların təhlili əsasında bankların təsnifatı)
III rübün bitməsindən 1 aydan çox ötür. Qanunvericiliyə əsasən banklar saytlarında rübün maliyyə nəticələrini əks etdirən hesabatlarını dərc etməli idi. Lakin 32 bankdan yalnız 10-u hesabatı açıqlayıb (açıqlayanlar da qanunvericiliyə zidd olaraq açıqlama tarixini göstərməyib). Xatırladıram ki, bu il bağlanan banklar da hesabatlarını daim gizlədirdilər. Buna görə də hesabatı gizlədən banka qətiyyən etibar etmək, orada pul saxlamaq olmaz. Düzdür, hesabatı açıqlayan banka da etimad şərtidir, çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə bəzi banklar hesabatları təhrif edilmiş şəkildə təqdim edir.
Buna görə də bankların reklamına inanmayın. Ay nə bilim, kapitalı artırdıq, bunu etdik, ona nail olduq və s. Hamısı boş şeydir, əgər bank hesabatını gizlədirsə. Təəssüf ki, Maliyyə Bazarlarına Nəzarət Platası da indiyədək bankların hesabatlarının açıqlanmasına nail ola bilməyib. Belə adi bir şeyin öhdəsindən gələ bilməyən Palata digər problemləri necə həll edəcək?!
Yaxşı xəbər yalnız odur ki, bu rübdə ölkəmizin ən şəffaf bankı məlum olub: Bank Avrasiya. Digərlərindən fərqli olaraq, bu bank hesabatları qanunvericiliyin tələbinə uyğun olaraq rübdə deyil, ayda bir dəfə açıqlamağa başlayıb. Təqdirəlayiqdir!
Təsnifat 4 qrupdan ibarətdir: 1) hesabatı müntəzəm gizlədənlər, 2) hesabatı ilk dəfə açıqlamayanlar, 3) hesabatı uzun fasilədən sonra açıqlayanlar; 4) hesabatı dərc edənlər.

I qrup – hesabatlarını müntəzəm gizlədən və bununla da qanunvericiliyi kobud şəkildə pozan 21 bank: Accessbank, AGBank, Amrahbank, AtaBank, Bank VTB, Bank Respublika, Bank BTB, Dəmirbank, Expressbank, Günaybank, KapitalBank, Muğanbank, Nikoyl Bank, NBC Bank, Naxçıvanbank, PaşaBank, Pakistan Milli Bankının Bakı filialı, Rabitəbank və XalqBank. Bunlar ən etibarsız banklardır. Bu qrupa həmçinin Azərbaycan Beynəlxalq Bankı və AzərTürkbank da aiddir. Lakin bu iki bank dövlət bankı olduğu üçün və dövlət vətəndaşların oradakı vəsaitinə təminatçı olduğu üçün qanun pozuntusu olan hesabatın açıqlanmaması onların etibarsızlığına dəlalət etmir.

II qrup – rüblük hesabatını ilk dəfə açıqlamamış Turanbank. Ötən rübün hesabatına görə bu bankın 0,8 mln. manata yaxın zərəri var idi. Yəqin, vəziyyət daha da pisləşib ki, bu bank hesabatını gizlətmək qərarına gəlib.

III qrup – uzun fasilədən sonra hesabatı açıqlayan 2 bank:
1. Bank of Baku: ötən ilin IV rübündən başlayaraq bu bank hesabatları dərc etməməyə başlamışdı. Səbəbi indi bəlli oldu. Belə ki, ötən ilin III rübünü 44 mln. manatdan çox xalis mənfəətlə başa vurmuş Bank of Baku son rübü 14 mln. manata yaxın zərərlə başa vurub. Belə ki, bu bankın bəyan etdiyi real kapitalı hazırda 50,552 mln. manatdır. Qeydə aldırdığı nizamnamə kapitalı isə 52,870 mln. manatdır. Beləiklə, bank qanunu pozaraq nizamnamə kapitalının azaldılması tələbinə riayət etmir və 1 il ərzində 46 mln. manatdan çox pul itirib.
2. Unibank: ötən ilin II və III rübləri üzrə hesabatları tam dərc etməməyə (elə indi də Bank of Bakudan fərqli olaraq hesabatı tam açıqlamayıb), IV rübündən başlayaraq isə heç dərc etməməyə başlamışdı. Səbəbi indi bəlli oldu. Bu bank ağır itkilərə məruz qalıb. Belə ki, 2014-cü ili 55 mln. manatdan çox xalis mənfəətlə başa vuran Unibank son rübü təxmini 1,5 mln. manat zərərlə başa vurub (yəni hesabatları gizlətdiyi dövr ərzində 56,6 mln. manat pul itirib!). Belə ki, bu bankın bəyan etdiyi real kapitalı hazırda 69,113 mln. manatdır. Qeydə aldırdığı nizamnamə kapitalı isə 70,565 mln. manatdır. Beləliklə, bank qanunu pozaraq nizamnamə kapitalının azaldılması tələbinə riayət etmir. Bu bankın yol verdiyi digər qanun pozuntuları barədə də dəfələrlə məlumat vermişəm. Məsələn, onun Müşahis Şurasının tərkibində 2 qardaş var, halbuki qanun bunu yasaq edir və s. və i.a.

IV qrup – hesabatlarını dərc edən 8 bank:
1. Azərbaycan Sənaye Bankı – 19 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 17 mln-dan çox idi).
2. Caspian Development Bank – 19 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 14 mln-dan çox idi).
3. YapiKrediBank – 14 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 13 mln-dan çox idi), amma sırf cari ildə 5 mln-dan çox zərərə məruz qalıb.
4. AFB Bank – təxmini 13 mln. xalis mənfəəti var (ötən rübdə 8 mln-dan çox idi).
5. Ziraat Bank – təxmini 9 mln. xalis mənfəəti var (ötən rübdə təxmini 7 mln. idi).
6. Bank Silk Way – 7 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 1 mln-dan çox idi).
7. Bank Avrasiya: 6 mln-dan çox xalis mənfəəti var (ötən rübdə 4 mln-dan çox idi). Yuxarıda qeyd edildiyi kimi, bu bank digərlərindən fərqli olaraq hesabatları rüblük deyil, aylıq açıqlamağa başlayıb.
8. Bank Melli İran Bakı filialı – 15 mln-dan çox zərəri var (ötən rübdə 0,5 mln. manat zərəri var idi), məcmu kapitalı barədə məlumatı açıqlamayıb (görünən odur ki, məcmu kapital tələbini – 50 mln. manat – də pozur).

Sonda bir daha vurğulamaq istəyirəm ki, savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur. Maliyyə göstəricilərindən belə asılı olmayaraq. Özünüzdən və pulunuzdan muğayat olun!

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə