6 mərhələdə QARABAĞA AZADLIQ, 4 dövlətdən ibarət YENİ SSRİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » 6 mərhələdə QARABAĞA AZADLIQ, 4 dövlətdən ibarət YENİ SSRİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

6 mərhələdə QARABAĞA AZADLIQ, 4 dövlətdən ibarət YENİ SSRİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

28 dek 2016, 21:28, Aysel İbrahimli
0 Şərh    226 Baxılıb


Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan dekabrın 17-də qurultaydakı çıxışını tənqid edənlərə cavab olaraq bəyanatla çıxış edib. Türkiyə və Rusiya Suriyada atəşkəs rejimi üzrə razılıq əldə edib. Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən gedəcəyi barədə məlumat yayılıb. Rusiya prezidenti Vladimir Putinin “qara qutusu” hesab olunan Oleq Erovinkin avtomobilində ölü tapılıb. Vaşinqton Rusiyaya böyük hücumun anonsunu verdi.


5 rayon qaytarılır, Qarabağ... – Ter-Petrosyan hirslənib SİRLƏRİ AÇDI


Azpublika.info-nun Publika.az-a istinadən xəbərinə görə Petrosyan onu tənqid edənlərə cavab olaraq qeyd edib ki, onun Dağlıq Qarabağla bağlı dediyi məsələ hazırda prezident Serj Sarkisyanın apardığı danışıqlarda masanın üzərindəki mərhələli həll variantıdır. “Belə çıxır ki, məni xəyanətdə ittiham edənlər əslində özlərini ittiham edirlər”, - deyə o bildirib.




ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzinin analitikləri 2017-ci ildə Rusiyanın izləyəcəyi siyasəti təhlil edib.

Amerikalı analitiklər Rusiyanın 2017-ci ili səbirsizliklə gözlədiyini hesab edirlər. Mərkəz Rusiyanın Cənubi Qafqazda daha da güclənəcəyini diqqətə çatdırıb.


“İndiyə qədər neytrallığını saxlayan Azərbaycan Rusiya ilə daha çox yaxınlaşacaq, Özbəkistan da eyni siyasi xətti tutacaq. Həmçinin, Belarus da daxil olmaqla, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan Rusiya ilə əməkdaşlığı iki qat artıracaqlar. Rusiyanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi blokları daha aktiv fəaliyyət göstərəcəklər”, - deyə “Stratfor” yazır.




Azərbaycan Rusiyaya birləşəcək, Putin xəstələnəcək... - 2017-ci ilin ŞOK PROQNOZU


Çoxlarının cadügər adlandırdığı rumın öncəgörən Yelena Yerlinin proqnozları heç də xoşagələn deyil. Onun sözlərinə görə, 2017-ci ildə Rusiyanı ciddi siyasi və iqtisadi kataklizmlər gözləyir.


Y.Yerlinin fikrincə, Rusiyada iqtisadi böhran davam edəcək və çox ağır nəticələrə səbəb olacaq. Öncəgörən hesab edir ki, Rusiya prezidenti vəziyyətdən çıxış yolu üçün çalışacaq. Lakin bir sıra regionlar çətin vəziyyətə düşəcək.


“Şimal regionlarında vəziyyət çox mürəkkəb olacaq, uzaq şəhərlərdə etirazlar başlayacaq. Ölkəni siyasi sarsıntılar bürüyəcək. Lakin bu, paytaxta qədər gəlib çatmayacaq. Müharibələr olmayacaq, bəzi rayonlara hərbi müdaxilə ediləcək”, - deyə o bildirib.


Y.Yerlin Azərbaycanın da adının çəkildiyi öncəgörməsində deyir: “2017-ci ildə Qazaxıstan, Azərbaycan və Belarus Rusiyaya birləşəcək. Rusiya dövləti güclənəcək. Rusiya prezidenti üçün isə çətin dövr başlayacaq. Onun sağlamlığı zərər görəcək, xəstələnəcək”.



Son günlər ardıcıl zərbələr alan Rusiya növbəti itkisini verib. Rusiyanın “Rosneft” şirkətinin sahibi İqor Seçinin sağ qolu Oleq Erovinkin Moskvanın mərkəzində avtomobilində ölü tapılıb.


"Rosneft"in mətbuat xidmətinin rəhbəri Mixail Leontiyev 61 yaşlı Erovinkinin ürək tutmasından öldüyünü bildirib. Rusiya prezidenti Vladimir Putin “qara qutusu” hesab olunan Oleq Erovinkinin ABŞ dövlət katibi postuna namizədliyi irəli sürülən "Exxon Mobil" korporasiyasının başçısı Reks Tillersonla yaxşı əlaqələri var idi.


Erovinkinin ölümünün birbaşa Putinə mesaj olduğu və hadisənin arxasında ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) olduğu təxmin edilir.


İrəli sürülən əsas versiya onun məhz qətlə yetirilməsi ilə bağlıdır. Bu, səbəbsiz deyil: Dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov kameralar önündə qətlə yetirildi. Dekabrın 25-də Rusiya Müdafiə Nazirliyinin əməkdaşlarını Suriyaya aparan Tu-154 təyyarəsi müəmmalı şəkildə qəzaya uğrayaraq, Qara dənizə düşdü. Bir gün sonra – 26 dekabrda Oleq Erovinkin avtomobilində ölü tapıldı.


“Rosneft”in mətbuat xidmətinin rəhbəri Mixail Leontiyev 61 yaşlı Erovinkinin ürək tutmasından öldüyünü desə də, dünyanın siyasi mənzərəsi fonunda bir həftə içində yaşanan bu hadisələr heç nəyin təsadüf olmadığı fikrini gücləndirir.



Bir həftə ərzində... - Rusiyaya qarşı BÖYÜK HÜCUM


ABŞ-Rusiya münasibətləri gərgin olaraq qalır. “The Washington Post” qəzeti anonim mənbəyə istinadən yazıb ki, ABŞ prezidenti Barak Obama administrasiyası seçkiqabağı kampaniya zamanı haker hücumları ilə əlaqədar Rusiyaya qarşı cavab ölçüləri üzərində işi başa çatdırmaq üzrədir.


Cavab addımları elan olunan və gizli olmaqla iki hissəyə ayrılır.


Türkiyə və Rusiya Suriya üzrə razılaşdı


Hər şey planlaşdırıldığı kimi gedərsə, 2017-ci ildə Suriyada müharibənin başa çatacağına ümid etmək olar. Türkiyə və Rusiya Suriyada tərəflərə təqdim ediləcək atəşkəs planı üzərində razılaşıb.


İki ölkə atəşkəsin bu gecə yarısından etibarən qüvvəyə minməsi üçün çalışır. Atəşkəsin Bəşər Əsəd rejimi və rejim tərəfdarı olan qruplarla müxalifət güclərinin döyüşdüyü bölgələrdə tətbiq olunması planlaşdırılır. Atəşkəs rejimi terror təşkilatlarına tətbiq olunmayacaq. Atəşkəs rejimi davam edəcəyi halda, Dəməşq və müxalifət Türkiyə və Rusiyanın vasitəçiliyi ilə Astanada siyasi müzakirələrə başlayacaq.


Dünən Ankarada Türkiyə, Rusiya və Suriya müxalifəti eyni masaya oturmuşdu.


Jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə söyləyib ki, Bəşər Əsəd hakimiyyətdə qaldıqca Suriyada sülhün bərpa edilməsi mümkünsüzdür. O, Suriya müxalifətinin heç bir zaman Əsədin hakimiyyətdə qalması ilə razılaşmayacağını bildirib.


"Reuters" agentliyinə danışan Rusiya Xarici İşlər Nazirliyinə yaxın bildirib ki, növbəti seçkilərə qədər Bəşər Əsədin hakimiyyəti məhdudlaşdırılacaq və növbəti seçkilərdə vəzifəsini başqa bir ələviyə təhvil verəcək. Rusiya mənbəsi hələ ki, İranın məsələ ilə bağlı razılığının olmadığı bildirilib.

Bir neçə gün əvvəl isə Moskva Bəşər Əsədin siyasi gələcəyinin Türkiyə-Rusiya danışıqlarının mövzusu olmadığını açıqlayıb.


Türkiyənin zaman-zaman verdiyi sərt reaksiyalara baxmayaraq, ABŞ PYD-yə silah tədarükünü aktivləşdirib.Bu barədə informasiyanı “Anadolu” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik sonuncu silah yardımının kürdlərə dünən göndərildiyini bildirib. Belə ki, amerikalılar İraq Kürd Muxtar Vilayətinin paytaxtı Ərbildən Suriyada PYD-nin nəzarət etdiyi bölgələrə içi silahlarla dolu olan yük maşınları göndəriblər.

Daha əvvəl isə ABŞ-ın Türkiyədəki səfiri Con Bass Vaşinqtonun PYD-yə silah yardımı etmədiyini açıqlamışdı. ABŞ-ın Türkiyədəki səfirliyi bu gün isə Vaşinqtonun İŞİD terror təşkilatını dəstəklədiyi barədə Ankaranın səsləndirdiyi ittihamlara sərt cavab verib.



Qara dənizə düşən Rusiyaya məxsus Tu-154 təyyarəsinin ikinci “qara qutusu” da tapılıb. 

Təyyarənin birinci “qara qutusu” dünən tapılıb və hazırda mütəxəssislər onu analiz edirlər. Onun şifrələrinin oxunmasından sonra pilotlar arasında qəzadan öncə danışılanlar məlum olub.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə