Astroloji proqnoz - 29 dekabr » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Astroloji proqnoz - 29 dekabr

Astroloji proqnoz - 29 dekabr

29 dek 2016, 00:15, AyGun Umid
0 Şərh    174 Baxılıb

Qoç - gəlirlər istisna deyil. Bədxərclik etməyin, alış-verişdə emosiyalara qapılmayın. Əyləncədən imtina edin. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlər müstəvisində də lider məziyyətlərinizi nümayiş etdirin

Buğa - yaxınlarınız sizi dəstəkləyəcək. Amma qayğıdan sui-istifadə etməyin. Başqasının səhvinə görə məsuliyyət daşımalı olacaqsınız.

Əkizlər - diqqət mərkəzində olacaqsınız. Bundan yararlanın. Yeni tanışlıqlar istisna deyil. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla görüş olacaq. Yeni yaranacaq münasibətin perspektivi yoxdur.

Xərçəng - gün ərzindəki təəssüratlar darıxdırıcıdır. Qeyri-adi, parlaq hisslər istəyəcəksiniz. Macəralar aramayın, cari işlərin çözümü ilə məşğul olun.

Şir - enerji potensialı səviyyəsi yüksəkdir. İdman və fiziki əməklə məşğul olmaq üçün yaxşı gündür.

Qız - daha ciddi uğurlara nail ola bilərsiniz. Qərarlarınız cəsarətli, addımlarınız orijinal olsun. Rəqiblər və bədxahlarınızla müqayisədə məqsədinizə daha sürətlə, daha tez çatmağa çalışın.

Tərəzi - üstəlik, intuisiyanız daha kəskindir. Minimum informasiyaya malik olsanız belə, hadisələrin inkişafı istiqaməti və potensial məcrasını təxminləməyə çalışın.

Əqrəb - işgüzar danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Sərfəli anlaşmalara nail olun, əzmkar davranın

Oxatan - şəxsi münasibətlərdə əhəmiyyətli irəliləyiş istisna deyil. Fəqət, çalışmaq gərəkdir: özbaşına heç nə yaşanmayacaq.

Oğlaq - işlərə anlaqlı, ciddi yanaşma tələb olunur. Şənlənmək, problemlər yoxmuş kimi davranmaq zamanı deyil.

Dolça - yaxınlarınız sizə yardım etmək istəyirlər. Lakin onlar bütün qayğılarınızı öhdələrinə götürmək niyyətində deyillər. Bu səbəbdən də tənbəl, ətalətli olmayın, faydalı işə başlayın.

Balıqlar - fəaliyyət planının əvvəlcədən hazırlanması gərəksiz vurnuxmadan qurtulmağa imkan verəcək. Axşam saatlarında romantik tanışlıq, rəğbət bəslədiyiniz insanla yaxınlaşma ola bilər.

milli.az

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə