KTMT Qarabağla bağlı ifadələrə AYDINLIQ GƏTİRDİ » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » KTMT Qarabağla bağlı ifadələrə AYDINLIQ GƏTİRDİ

KTMT Qarabağla bağlı ifadələrə AYDINLIQ GƏTİRDİ

30 dek 2016, 14:31, AyGun Umid
0 Şərh    108 Baxılıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan tərəfini təşkilatın baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan sərhədində silahlı insidentlə bağlı yaydığı bəyanatında işlətdiyi "Dağlıq Qarabağ Respublikası" ifadəsinə əhəmiyyət verməməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə KTMT-nın mətbuat xidmətindən Apa-nın sorğusuna cavab olaraq bildirilib.

“KTMT-nin bəyanatında "de-fakto" mövcud olan "Dağlıq Qarabağ Respublikası" ifadəsinin işlənməsi heç də onun tanınıb-tanınmaması anlamına gəlmir. Burada KTMT-nin təşkilata üzv ölkə olan Ermənistanın ərazisində dekabrın 29-da baş vermiş silahlı insidentlə bağlı böyük narahatlıq keçirdiyi barədə dediklərinə diqqət etmək daha məqsədəuyğundur", - deyə mətbuat xidmətində qeyd ediblər.

KTMT-dən bildiriblər ki, baş katibin bu ifadəni işlətməsi münaqişənin baş verdiyi coğrafi ərazi ilə əlaqədardır: "KTMT münaqişənin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk qrupunun bütün səylərini dəstəkləyir. Sonuncu dəfə KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin bu ilin oktyabrında İrəvanda yaydığı birgə bəyanatda da bu, əksini tapıb".

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, o, şəhid olub, meyiti düşmən əlindədir.

Ermənistan Müdafiə Nazirliyi isə döyüş toqquşmasında 3 hərbçisinin öldürüldüyünü təsdiqləyib.

N.Bordyujanın hadisə ilə bağlı bəyanatında "Dağlıq Qarabağ Respublikası" ifadəsini işlətməsi Azərbaycan tərəfindən kəskin etiraz qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında N.Bordyujanın dediklərinin qəbuledilməz olduğunu bildirib, yanaşmasını birtərəfli kimi qiymətləndirib.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə