Qlobal isinmə dünya iqtisadiyyatına təsir edəcək » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Qlobal isinmə dünya iqtisadiyyatına təsir edəcək

Qlobal isinmə dünya iqtisadiyyatına təsir edəcək

03 yan 2017, 20:36, Aysel İbrahimli
0 Şərh    233 Baxılıb


Qlobal İsinmə, Rusiyanı 418% böyüdəcək, ABŞ-ı 36% kiçildəcək!

Azpublika.info xəbər verir ki, ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olaraq qəbul edilən Stanford Universitetində çalışan elm insanları, Qlobal İstiləşmənin təsirinin ölkələrin gəlirlərində də əriməyə səbəb olacağını açıqladı.

İstidə hərəkət etmək çətinləşir, diqqət dağılır, qəza ehtimalı artır. Bundan başqa, həddindən artıq istilər kənd təsərrüfatı istehsalına təsir edir, insanlar daha az işləmək istəyir və bu səbəbdən iqtisadi istehsal geriyə gedir.
 
21-ci əsrin sonunda qlobal gəlirlər 23% azalmış olacaq. Qlobal İstiləşmədən Rusiya və Şimali Avropa ölkələrinə nisbətən müsbət təsirlənəcək. Çünki artan istiliklər bu ölkədəki bəzi bölgələri istifadə edilə bilər hala gətirəcək.
 
Ancaq cənuba getdikdə bu vəziyyət tam tərsi bir təsir yaradacaq. Qlobal İstiləşmənin qlobal iqtisadiyyatı yenidən quracağını qeyd edən araşdırma qrupunun sədri Solomon Hsiang, 2099-da şimal ölkələrinin gəlirlərində artım, cənub ölkələrin gəlirlərində isə azalma olacağını bildirib.
 
Elm insanlarının iddiasına görə, 2099-da ABŞ-ın illik gəliri 36% geriləmiş olacaq. Eyni işə görə, planetimizin ən şimalında yerləşən Rusiyada 418% artım, Finlandiya 516%, İsveçdə 210% , Norveçdə isə 248% artım müşahidə olunacaq.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə