Zəngəzur Azərbaycana qaytarılır. » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Zəngəzur Azərbaycana qaytarılır.

Zəngəzur Azərbaycana qaytarılır.

05 yan 2017, 19:23, Aysel İbrahimli
0 Şərh    259 Baxılıb



Azpublika.info xəbər verir ki, Qlobal platforma olan Change.org saytında “Zəngəzuru Azərbaycana qaytarın!” başlığı altında petisiya yerləşdirilib.


Petisiyanın ünvanı olaraq Rusiyanın Yekaterinburq şəhəri, müəllif isə Yevgenil Syomin göstərilib. Petisiyada bildirilir ki, Zəngəzur Azərbaycan və türk dünyasının ürəyində yaradır. 


Qeyd edilir ki, Zəngəzuru ermənilərə verməklə, Naxçıvan coğrafi baxımdan Azərbaycandan ayırdılar. Naxçıvanın faktiki olaraq üç tərəflə Ermənistan tərəfindən mühasirəyə alındığını bildirilir.


Petisiyada Vurğulanır ki, Zəngəzur Azərbaycan xalqına qarşı erməni terrorçuların soyqırımının bir neçə dalğasını yaşayıb:

“Əvvəllər Zəngəzurda erməni əhali praktik olaraq yox idi. Soyqırımı və etnik təmizləmələrə baxmayaraq, 1918-ci ilin əvvəlinə qədər azərbaycanlılar Zəngəzur əhalisinin əksəriyyətini təşkil etməkdə davam edirdi. Etnik təmizləmə siyasətinə baxmayaraq, 1988-ci ilə qədər Zəngəzurda əhəmiyyətli sayda azərbaycanlı əhalisi qalırdı. Artıq Qarabağ hadisələrinin başlanması ilə Zəngəzur soyqırımı və etnik təmizləmələrin üçüncü və son dalğasına məruz qaldı”.


Petisiyada hımçinin bildirilir ki, Ermənistan respublikasının rəhbərliyi qarşısında Qarabağın rayonları ilə yanaşı, Zəngəzur və Ermənistanın başqa rayonlarına Azərbaycan qaçqınlarının qayıdışı mütləq şərt olaraq, qoyulmalıdır.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə