Maaşlar artırılacaq. » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Maaşlar artırılacaq.

Maaşlar artırılacaq.

06 yan 2017, 11:06, Aysel İbrahimli
0 Şərh    189 Baxılıb


 2016-cı ilin bizim üçün bir baxımdan gərgin və çətinlik dolu bir il olduğunu deyə bilərik. Gərginlik və çətinlik dünyada gedən devalvasiya və neftin qiymətinin dünya bazarında aşağı düşməsi ölkədə ümumi iqtisadi vəziyyətə neqativ təsir etdi. 


Azpublika.info xəbər verir ki,  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev 2016-cı ilin yekunlarının şərh edib və növbəti illə bağlı proqnozlarını acıqlayıb.


Rauf Əliyev deyib ki, yaşanan çətinliklərə baxmayaraq, Azərbaycanda sosial xərclər azaldılmalıdır: "Ötən il ölkədə səhiyyə, təhsil, mədəniyyət, idman sahəsində sosial layihələr davam etdirildi. Pensiya və müavinətlər qaldırıldı. Növbəti ilin büdcəsi təsdiq olunarkən bütün sosial məsələlər orada öz həllini tapdı. 2017-ci ilin büdcəsində də pensiya, müavinət və maaşların mütəmadi artırılması nəzərdə tutulub. Müxtəlif sosial layihələr yenə həyata keçiriləcək. Baxın görün nə qədər yollar salınır, bağçalar açılır".


Rauf Əliyev: "İndi bütün dünyada proses ağır gedir. Amma Azərbaycan bu vəziyyətdən çıxacaq. Baxın, cənab pezident, demək olar ki, hər gün müxtəlif, xüsusən də vergi, gömrük, kənd təsərrüfatı və s. sahələr üzrə hansısa məsələ ilə bağlı sərəncam, fərman və əmrlər verir. Məqsəd də odur ki, Azərbaycan yaranmış çətin vəziyyətdən çıxsın və xalqımız daha yaxşı dolansın, sosial və maddi rifahı yaxşılaşsın, rahat yaşasın. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, həm böhran olsun, həm də inkişaf getsin. Amma Azərbaycan yaranmış vəziyyətə baxmayaraq inkişaf edir" dedi.


Sədr müavini həmçinin deyib: "Biz də millət vəkili kimi bölgələrdə olmalı, seçicilərimizin problemlərini öyrənməli, həllini tapması üçün onları müəyyən qurumların qarşısında qaldırmalıyıq. Elə olur ki, hansısa məsələ həllini tez tapır, hansına görəsə bir az gözləmək lazımdır. Amma insanlar bilməlidirlər ki, həm deputatlar, həm icra orqanları, bələdiyyələr və digər strukturlar onlarla yaxından maraqlanır. Bəzi problemlər hələ də qalıb, tam həll olunmayıb, lakin inanıram ki, o problemlərin də əksəriyyəti 2017-ci ildə öz həllini tapacaq və xalqımız yenə də firavan yaşayacaq. "


loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə