Rusiya Zəngəzuru Azərbaycana qaytarmaq üçün imza toplayır- Petisiya » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Rusiya Zəngəzuru Azərbaycana qaytarmaq üçün imza toplayır- Petisiya

Rusiya Zəngəzuru Azərbaycana qaytarmaq üçün imza toplayır- Petisiya

06 yan 2017, 15:15, Aysel İbrahimli
0 Şərh    589 Baxılıb



Zəngəurun Azərbaycana qaytarılması ilə bağlı olan petisiya Qlobal platforma olan Change.org sayıtında yerləşdirilmişdir.

Azpublika.info xəbər verir ki, petisiyanın ünvanı olaraq Rusiyanın Yekaterinburq şəhəri, məsul şəxs kimi də Yevgenil Syomin göstərilmişdir.

Qeyd olunur ki, Zəngəzur Azərbaycan və türk dünyası üçün çox böyük itkidir. Petisiyada Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitində çıxışı xatırlanıb:


“Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız, təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq”.


Petisiyada qeyd olunur ki, Zəngəzur ermənilərə verilməklə, Naxçıvan Azərbayandan coğrafı baxımdan ayrılıb. Azərbaycanın doğma torpağı olan Naxçıvan Ermənistan tərəfindən 3 yandan mühasirəyə alınmışdır.

Qeyd edilir ki, Zəngəzur Azərbaycan xalqına qarşı erməni terrorçuların soyqırımının bir neçə dalğasını yaşayıb:


“Əvvəllər Zəngəzurda erməni əhali praktik olaraq yox idi. Soyqırımı və etnik təmizləmələrə baxmayaraq, 1918-ci ilin əvvəlinə qədər azərbaycanlılar Zəngəzur əhalisinin əksəriyyətini təşkil etməkdə davam edirdi. Etnik təmizləmə siyasətinə baxmayaraq, 1988-ci ilə qədər Zəngəzurda əhəmiyyətli sayda azərbaycanlı əhalisi qalırdı. Artıq Qarabağ hadisələrinin başlanması ilə Zəngəzur soyqırımı və etnik təmizləmələrin üçüncü və son dalğasına məruz qaldı”.


Petisiyada bildirilir ki, Ermənistan respublikasının rəhbərliyi qarşısında Qarabağın rayonları ilə yanaşı, Zəngəzur və Ermənistanın başqa rayonlarına Azərbaycan qaçqınlarının qayıdışı mütləq şərt olaraq, qoyulmalıdır.

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə