(H5N8) Quş qripi təhlükəsi » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » (H5N8) Quş qripi təhlükəsi

(H5N8) Quş qripi təhlükəsi

06 yan 2017, 18:33, Aysel İbrahimli
0 Şərh    698 Baxılıb


Fransada 1 milyon ördək və qaz məhv ediləcək.

Azpublika.info
 xəbər verir ki, Fransa Kənd Təsərrüfatı Nazirliyi quş qripi (H5N8) təhlükəsinə qarşı təsərrüfatlarda yetişdirilən təxminən 1 milyon ördək və qazın məhv edilməsini qərarlaşdırdı.

Fransa Kənd Təsərrüfatı Nazirliyi quş qripi (H5N8) təhlükəsinə qarşı fermalarda yetişdirilən təxminən 1 milyondan çox ördək və qazın məhv edilməsini qərarlaşdırdı.
 
Kənd Təsərrüfatı Nazirliyindən verilən yazılı açıqlamada, ölkənin cənub-qərbində bu ana qədər 89 quş qripi hadisəsinin görüldüyü bildirildi.
 
Quş qripinin sürətlə yayılması təhlükəsi olduğu vurğulanan açıqlamada, xəbərdarlıq göndərilən bölgələrdəki təsərrüfatlarda yetişdirilən ördək və qazların məhv edilməsi üçün 20 Yanvar tarixinə qədər vaxt verildiyi bildirilib.
 
Açıqlamada, sektor nümayəndələrinə zərərlərinin ödənəcəyi vədini aparılıb.
 
Qaz ciyəri istehsalı və ixracında dünyada ilk sırada yer alan Fransada, quş qripinin maliyyə balansının hələlik 80 milyon avro tapması gözlənilir.

Quş qripinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.


Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, köçəri quşların payız miqrasiyası nəzərə alınaraq dekabrın 7-dən növbəti monitorinq başlayıb. Monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.


Nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.




 
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə