Ağız qoxusu olanlar diqqət! » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Ağız qoxusu olanlar diqqət!

Ağız qoxusu olanlar diqqət!

07 yan 2017, 10:28, Aysel İbrahimli
0 Şərh    272 Baxılıb


Bu xəstəliklərin xəbərçisi ola bilər.

Azpublika.info xəbər verir ki, Hepatologiya Mütəxəssisi, Professor Doktor Vedat Göral, ağız qoxusunun böyrək və qaraciyər xəstəliklərinin xəbərçisi ola biləcəyini söylədi.

Ağız qoxusu, çox vaxt fərqinə çətin varılan və insanı çətin vəziyyətdə qoyan bir problem halına gələrkən, mütəxəssislərdən əhəmiyyətli bir xəbərdarlıq gəldi. Hepatologiya Mütəxəssisi, 
Professor Doktor Vedat Göral, ağız qoxusu olanların tədqiq etmələri lazım olduğunu söylədi.
 
Göral, "Ağız qoxusu çox sıx görülən və çox insanı narahat edən, çox vaxt səbəbi anlaşılmaz, xoşa gəlməyən bir qoxu şəklindəki bir sağlamlıq problemidir. Ağız qoxusu hərdənbir, ya da bəzən xroniki ola bilər. Ağız qoxusu, sosial, psixoloji və xəstəlik baxımından bəzi mənfi hallara səbəb olur. Yenilən bəzi ərzaqlar, siqaret çəkmək, pis diş gigiyenası, ağız quruluğu, bəzi dərmanlar və infeksiyalar ağız qoxusuna səbəb ola bilir" deyə danışdı.
 
Ağız qoxusunun bəzi mühüm sağlıq probleminin müjdəçisi olduğunu qeyd edən Professor Doktor Göral, "Sinusit, qaraciyər infeksiya, pnevmoniya, bronxit, bronşiolit, badamcıq vəzisi infeksiyaları, şəkər xəstəliyi (diabet) və reflyuks ağız qoxusuna səbəb ola. Ağız qoxusu olan bir şəxs, ilk növbədə, ağız və diş xəstəlikləri ilə qulaq burun boğaz hissəsinə getməli, lazım gələrsə, nəfəsi də iy verirsə, döş xəstəlikləri bölməsinə gedib müayinə olmalıdır. Bundan sonra görüləcək iş, endoskopiya və ultra səs verilərək daxili orqanlar tədqiq edilməlidir. Lazım gələrsə, bəzi qan tədqiqləri və nəfəs müayinələridə də aparılaraq, ağız qoxusuna səbəb olan hallar araşdırılmalıdır" şəklində danışdı.

Müalicə necə olmalıdır?
 
Professor Doktor Vedat Göral: "Öncəlikle ağız qoxusuna səbəb olan vəziyyət mütləq araşdırılmalı və müalicəsi ona görə aparılmalıdır" dedi.
 
Ağız gigiyenasına mütləq diqqət edilməli, dişlərə müntəzəm qayğı göstərilməli və nizamlı yuyulmalıdır. Bol su içməli, şəkərsiz saqqız çeynənməlidir. Hər hansı bir xəstəlik varsa, məsələn; Reflyuks xəstəliyi, mədə xəstəliyi, şəkər xəstəliyi kimi, müvafiq hissələrdə  həmin  insan müalicə edilməlidir. Uşaqlarda ağız qoxusu əmələ gəlirsə, uşaq xəstəlikləri mütəxəssisinə meraciət edilməlidir. Ağ un, ağ şəkər, qlükoza-fruktoza siropu ilə şirin bütün qidaların istehlakı azaldılmalıdır.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə