Qarabağ məsələsində artıq məğlubuq » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Qarabağ məsələsində artıq məğlubuq

Qarabağ məsələsində artıq məğlubuq

07 yan 2017, 21:15, Aysel İbrahimli
0 Şərh    505 Baxılıb



Ötən il il Ermənistanın xarici siyasətində ciddi böhrana yer açdı.

Azpublika.info xəbər verir ki, bunu Ermənistanda strateji və milli tədqiqatlar mərkəzinin direktoru, politoloq Manvel Sarkisyan deyib.

Marvel Sarkisyanın dediklərinə görə, "Dünyada köhnəlmiş mexanizmlər aradan qaldırılır, amma heç kim nə baş verəcəyini bilmir. Əgər 1990-cı illərdə II Dünya Müharibəsinin nəticələrinə yenidən baxılırdısa, indi I Dünya Müharibəsi dövründəki vəziyyət yaranıb. Dövlətlər, sərhədlər yox olur, münasibətlər haqqında danışmaq çətinləşir. Hamı üçün yeni dövr başlayır. Biz nə vaxt şəxsi problemlərimizi araşdırmağa başlayırıq, eyni çətinliklə qarşılaşırıq. Ermənistan aprel müharibəsindən sonra Qarabağ məsələsinə yeni yanaşmanı qoya bilmədi. Qarabağ məsələsində və diplomatik planda artıq nəsə etməyi bacarmırıq. Ermənistan rəhbərliyi aprel müharibəsindən sonra yalnız gülüş hədəfinə çevrildi. Biz məğlub olmuşuq”.

M.Sarkisyan
Levon Ter-Petrosyanın “Qarabağ məsələsi Ermənistanın inkişafında əsas əngəldir” deyə bildirdiyi fikirlərə də münasibət bildirib.

“25 il boyunca biz bildirmişik ki, Qarabağ münaqişəsi və erməni-türk əlaqələri Ermənistan üçün çətinlik yaradır. 25 il boyunca biz şüurlu şəkildə anlamışıq ki, bu məsələlər həllini tapmalıdır. Yerdə qalan məsələlər ikinci dərəcəlidir. Lakin əsas məsələ Ermənistanda dövlət quruluşunun da, müstəqillik bəyannaməsinin də, hətta konstitusiyanın da saxta olmasıdır. Bu baxımdan, kimlərsə əsas problemin Dağlıq Qarabağ münaqişəsi, kimlərsə
Serj Sarkisyan, kimlərsə siyasi partiyaların olduğunu deyə bilər. Lakin məsələ 25 ildə bizim normal dövlət qura bilməməyimizdədir”, - deyə o bildirib.

Qeyd edək ki, ötən həftələrdə levon Ter-Petrosyan da danışıqlar masasında açıqlama vermişdi:

“Birinci mərhələdə Ermənistan Kəlbəcər və Laçından başqa, yerdə qalan beş rayonu Azərbaycana qaytarır. İkinci mərhələdə Qarabağa sülhməramlılar yerləşdirilir. Üçüncü mərhələdə Qarabağın aralıq statusu müəyyən edilir. Dördüncü mərhələdə Ermənistanın blokadası aradan götürülür, Türkiyə ilə sərhəd açılır, Azərbaycanla kommunikasiyalar qurulur. Beşinci mərhələdə Qarabağın son statusu həll olunur. Altıncı mərhələdə Laçın dəhlizindən başqa, yerdə qalan iki rayon da Azərbaycana qaytarılır”.

Petrosyan
qeyd edib ki, 2007-ci ildən indiyə qədər Ermənistan hakimiyyəti bu variantlar üzərində aparılan danışıqlarda iştirak edir.

O, bu variantın həyata keçirilməsini özünü də dəstəklədiyini qeyd edib.

“Çünki münaqişənin uzanmasından ən çox zərəri Ermənistan və erməni xalqı çəkir. Əgər həll olunmasa, növbəti dəfə Ermənistan üçün daha pis nəticələr yarana bilər”, - deyə o diqqətə çatdırıb.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə