At sahibi ilə son dəfə vidalaşdı - Tükürpədən fotolar » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » At sahibi ilə son dəfə vidalaşdı - Tükürpədən fotolar

At sahibi ilə son dəfə vidalaşdı - Tükürpədən fotolar

08 yan 2017, 10:27, Azad
0 Şərh    350 Baxılıb
Hər bir atla sahibi arasında müəyyən bir bağlılıq vardır. At heyvan olsa belə bu bağlılıq sayəsində sahibinə hörmət bəsləyir, güvənir, sevir.
 
Covboy adlı at da sahibinə sonsuz sevgiylə bağlı olub. Bu bağlılıq o həddə çatıb ki, atı yol qəzasında həlak olmuş sahibinin cənazəsindən ayırmaq  mümkün olmayıb. Atın vəfat etmiş sahibin ailəsi qərara alıblar ki, atı da dəfn mərasiminə gətirsinlər. Dəfn mərasiminə gətirilən at sahibinin cənazəsinin yanında dayanar yol boyu cənazəni müşayət edib və beləcə sahibini son mənzilə yola salıb.

Dəfn mərasimində yaşananlar hər kəsin böyük heyrətinə səbəb olub və hər kəs atın necə vəfalı olduğundan danışır. Atın vəfası, sədaqəti, həmiçinin dəfn mərasimində çəkilmiş tükürpədici fotoları internet protallarına da yol tapıb.

Moderator.az xəbər verir ki, atın sahibi  Vaqner Figueiredo de Lima Braziliyanın Paraiba ştatında keçirdiyi yol qəzası zamanı həlak olanda 34 yaşında olub. Həyatını itirən Vaqner  ətrafındakılara hər zaman ən yaxın dostunun atı Covboy olduğunu deyirmiş. Sən demə bu bağlılıq birtərəfli deyilmiş və at da sahibini hər kəsdən çox sevirmiş. Buna görə də Vaqnerin ailəsi Covboyu da dəfn mərasiminə aparmaq qərarına gəlirlər. Dəfn mərasimində iştirak edənlər atın sahibinin cənazəsinin üstünə başını qoyanda gözlərinə inanmayıblar. At sanki insan kimi davranırmış.

Mərasimdəkilər  atın çox üzüldüyünü, əhvalının son dərəcə pis olduğunu qeyd ediblər. Sahibini itirmək yazıq  ata çox pis təsir edib. Vaqnerin qardaşı yaşananlar barəsində bunları deyib: "Atı qardaşımın hər şeyi idi. At sanki baş verənlərin fərqindəydi və Vaqnerlə son dəfə olaraq vidalaşırdı".

loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə