Bu bürclərdən olan insanlar bu il varlanacaq. » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Bu bürclərdən olan insanlar bu il varlanacaq.

Bu bürclərdən olan insanlar bu il varlanacaq.

09 yan 2017, 10:13, Aysel İbrahimli
0 Şərh    310 Baxılıb




Azpublika.info-nun xəbərinə görə, Astroloqlar proqnoz verirlər ki, bu il yalnız üç bürc üçün maliyyə baxımından uğur gözlənilir.


Bəs bu üç bürc hansı bürclərdir, bu xoşbəxtliyə kimlər nail olacaq.


Əkizlər bürcü


Bu bürc altında dünyaya gələn adamlar ilk növbədə müşahidəçilik qabiliyyəti ilə seçilirlər. Onlar başqalarının informasiyalarından daha çox öz intuisiyalarına inanırlar. Bu bürcün sakinləri dünyanı olduğu kimi deyil, öz xəyallarındakı kimi təsəvvür edirlər. Məhz bu səbəbdən də əksər hallarda ömürləri boyu reallıqdan kənarda qalır, mürəkkəb prosseslərdə özlərini itirirlər.

Ulduzlar xəbər verir ki, 2017-ci ilin yazında Əkizlər bürcünə aid insanların yanında çox imkanlı insanlar olacaq. Həmin şəxs Əkizlərin həyatını kökündən elə dəyişər ki, o, səhərlərin birində milyoner kimi oyana bilər.

Lakin qeyd edək ki, bu, hər Əkizlərə nəsib olmayacaq.


Şir bürcü


Şir bürcündə doğulan kəslər uca könüllülükləri və hərəkətli şəxsiyyətləri ilə tanınarlar.
Şir üçün başqa sözə ehtiyac yoxdur. Şir kraldır, öndərdir. Başqalarının həyatını belə onlardan daha yaxşı təşkil edə biləcəyinə inandıqlarından qarşısındakılarda bunu qəbul etsələr hər şey yolunda gedər.

Astroloqlar xəbərdarlıq edir ki, sözügedən uğur bütün il boyu Şirlərlə olmayacaq. Müvəffəqiyyətin vaxtı mayın ortalarından avqusta qədər gözlənilir.


Dolça bürcü


Heç kimə sirr deyil ki, Dolçalar xəyalpərəst və sözbazdırlar. Dolça bürcü insanları insanlıq sevgiləriylə təyin olunarlar, eqoist deyildirlər. Xəyal dünyasına dalmaz, gerçəklərlə məşğul olarlar. Dünyanın gələcəyi ilə maraqlanarlar, dünyanı daha yaxşı bir yer halına gətirib özlərindən daha pis vəziyyətdə olan kəsləri qurtarmaq istəyərlər. Buna görə hər kəsə kömək edərlər. İrq, cinsiyyət və ictimai vəziyyətinə baxmadan hər kəsin eyni imkanlara sahib olmasını istəyərlər. Özlərini gerçəyə həsr etmişlər. Yenilik və dəyişikliyin tərəfdarıdırlar. Müasir fikirlərinə qarşı inadçı və sabit fikirli olarlar. Cazibədar olsalar da istiqanlı və təhsilli deyildirlər. Onlara yaxınlaşmaq çox çətindir, çünki nə qədər dostca davransalar davransınlar arada hər vaxt bir uzaqlıq buraxarlar.


2017-ci il onlar üçün xüsusi il olacaq. 2017-ci ilin fevralından etibarən bu şəxslər əsl "ideya generatoru" nümayəndəsi olacaqlar. Bu o deməkdir ki, onların beynində elə ideyalar yaranacaq ki, bu, Dolçaları eyni zamanda milyonçu edə biləcək.


loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə