Dünyada İLK - Elektron kağız istehsal edilib -Video » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Dünyada İLK - Elektron kağız istehsal edilib -Video

Dünyada İLK - Elektron kağız istehsal edilib -Video

09 yan 2017, 20:02, AyGun Umid
0 Şərh    94 Baxılıb

"Montblanc” şirkəti innovasiyalı elektron kağızın istehsalı barədə xəbər verib.


Belə ki, sözügedən innovasiyalı kağız, qələm ilə yazılmış mətni və çəkilmiş rəsmləri smartfonun yaddaşına ötürməyə imkan verir. Yeni məhsul Augmented Paper adlandırılıb. Sözügedən kağızda yazılmış mətni və ya çəkilmiş rəsmi xüsusi tətbiq vasitəsilə redaktə etmək, müxtəlif insanlara göndərmək və ya rəqəmsal mətnə çevirmək olar.

Cihaz, rus, ingilis, alman, italyan, çin dilləri daxil olmaqla 12 dildə əlyazma mətnləri tanıya bilir. Rəqəmsal bloknotun təchiz olunmuş enerji tutumlu batareyası vasitəsilə 8 saata yaxın işləmək olar. Əgər cihaz müəyyən vaxtlarda isitifadə olunarsa onda enerji müddəti bir həftəyə kimi uzana bilər.

Şarj prosesi USB giriş vasitəsilə həyata keçirilir. Virtual kağızın yaddaşında 100 səhifəyədək yazılı mətn saxlamaq olar. Augmented Paper gələn il satışa çıxacaq. Cihazın qiyməti isə hələki məlum deyil.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə