Süfrəmizdən əksik etmirik amma cinsi zəiflik yaradır. » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Süfrəmizdən əksik etmirik amma cinsi zəiflik yaradır.

Süfrəmizdən əksik etmirik amma cinsi zəiflik yaradır.

10 yan 2017, 10:02, Aysel İbrahimli
0 Şərh    209 Baxılıb



Gəlinən nəticələrə əsasən, insanın gündəlik duz tələbatı 10-15 qr-dır. Buna baxmayaraq, ləzzət, dad üçün duzdan istifadə etməyimiz onun günlük miqdardan 10 dəfə çox yeməyimizə gətirib çıxarır. Bu da təzyiq, baş ağrısı, göz yaşarması, böyrək ağrısı kimi ciddi sağlamlıq problemlərinə səbəb olur.

Azpublika.info-nun verdiyi məlumata görə insan orqanizmində maddələr mübadiləsində duz həlledici rol oynayır və onun gündəlik istehlakının optimal miqdarı 6 qr-dan artıq olmamalıdır. İnsanlar tərəfindən istehlak edilən duzun bir hissəsi hazır məhsullar vasitəsi ilə qəbul edilir, əlavə duzlamaq üçünsə gündə təxminən 2-3 qr duz istifadə edilir. Duz orqanizm üçün tələb olunan yodun mənimsənilməsində də ən təsirli vasitələrdən biridir. Lazım olan hormonların yaranması üçün yodun orqanizmə daxil olması vacib şərtlərdən biridir. Məhz bu səbəbdən yodlaşdırılmış duzdan istifadəyə xüsusi əhəmiyyət verilməlidir.


Yodlaşdırılmamış duzun istifadəsi daha ağır fəsadların yaranmasına səbəb ola bilər. Belə ki, yodsuz duzdan istifadə yod çatışmazlığı hipotireoza, artıqlığı isə hipertireoza səbəb olur. Eləcə də qida maddələrinin tərkibində lazımi miqdarda yod olmadıqda, orqanizmdə qalxanabənzər vəzi hipertrofiyaya (endemik ur xəstəliyi) uğrayır, orqanizmin müqavimətini azaldır,cinsiyyət orqanlarının fəaliyyətini zəiflədir;


Hamilə qadınlar arasında erkən doğuşa və ölü döl doguşuna səbəb olur və s.


Yaş qrupundan asılı olaraq, insan orqanizminin gündəlik yoda olan tələbatı müxtəlifdir. Məsələn 1 yaşa qədər uşaqların gündəlik yoda olan tələbatı 50, kiçik yaşlı (2-6 yaş arası) uşaqlar üçün bu tələbat 90, 7-12 yaş arası uşaqlar üçün 120, hamilə qadınlar və südverən analar üçün 200, yaşlı insanlar üçünsə 100 mkq/sut-dır.


Onu da qeyd edək ki, yodlaşdırılmış xörək duzunun hazırlandığı gündən etibarən istifadəyə yararlılıq müddəti 9 aydır. Yodlaşdırılmış duzu quru, sərin və qaranlıq yerdə, qapağı bağlı qablarda saxlamaq lazımdır. Yemək hazırlayarkən yod itkisinə yol verməmək üçün duzu son mərhələdə əlavə edin.

Duzun yodlaşdırıldığının müəyyən edilməsi üsulları təbii ki, hər bir istehlakçını maraqlandıran məsələlərdəndir. Burda laboratoriya təhlilləri əsas vasitələrdən biridir. Normativ-texniki sənədlərin tələblərinə görə duzda yodun kütlə payı 40+10 mkq/q olmalıdır.


Məişət şəraitində duzun yodlaşdırıldığını müəyyən etmək üçün müxtəlif üsullardan istifadə olunur. Stabilləşdirilmiş nişastanı duzun üstünə tökdükdə göy ləkənin əmələ gəlməsi duzun yodlaşdırılmasını göstərir.


Qeyd olunanları nəzərə alaraq, hər bir istehlakçının duz alarkən diqqətli olması vacibdir. Bununla siz həm özünüzün, həm də gələcək nəsillərin sağlamlığını sığortalamış olacaqsınız.


loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə