Qlobal bazarda dollar ucuzlaşır,Azərbaycanda isə ... – SƏBƏB » Azpublika.info-Sizin Xəbər Portalınız
Sitemizi değerlendirin
Son Şərhlər
kazim
bele bashliq altinda bu yaziq milleti niye ele salirsiniz? sensasion bashliqlar yazirsinizki hami girib oxusun niye axi...
28 fevral 2017 08:46
Laiq
yazırsan düzgün yaz da bratt   :unamused: ...
24 fevral 2017 00:44
Mehman
Hec olmasa melumat verende duzgun melumat verindaa. 28-29 istirahet gunune dushmur axi. Eksine 7 yanvar 2017-ci il...
12 dekabr 2016 15:42
Azad
Test şərhdir.... Test şərhdir.... Test şərhdir.......
25 oktyabr 2016 16:04
» » Qlobal bazarda dollar ucuzlaşır,Azərbaycanda isə ... – SƏBƏB

Qlobal bazarda dollar ucuzlaşır,Azərbaycanda isə ... – SƏBƏB

10 yan 2017, 12:19, Azad
0 Şərh    191 Baxılıb

Bugünkü ticarət sessiyasının gedişatında dolların avro və Yaponiya yeninə nisbətən məzənnəsi zəifləyərək çoxillik maksimumlardan uzaqlaşıb.

Azpublika.info​​​ APA-ya istinadən xəbər verir ki, bazar iştirakçıları ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sabah baş tutacaq mətbuat konfransını gözləyir.

Bununla yanaşı, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) bu il uçot dərəcəsini 3 dəfə artıracağı ilə bağlı ehtimalların yüksək olması dolların kəskin ucuzlaşmasının qarşısını alır.

Ötən ticarət sessiyasının yekununda 1,0574 dollar səviyyəsində olan avro bu gün 1,0608 dollara yüksəlib. Dolların yenə nisbətən məzənnəsi 115,62 yen səviyyəsinə enib. Halbuki, ötən ticarət sessiyasında dollar 116,03 yen olub.

ABŞ-ın Boston ştatının Federal Ehtiyat Bankının prezidenti Erik Rozenqren ötən gün FED-dən olan həmkarlarını uçot dərəcəsini tez bir zamanda artırmağı tövsiyə edib. “Biz “ildə bir artım” şablonundan qurtulmalıyıq”, - deyə o bildirib.
loading...
Şərhlər
yenilə, əgər kod görünmürsə